Köçəryan prezident olanda, "Ağrı dağı"nı gerbindən niyə silmədi?

Ermənistanda nüfuzlu nəşr olan “Hraparak” bildirir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın açıqlamasını yayıb.
Adalet.az xəbər verir ki, ermənilərin özlərini hər zaman zavallı , məzlum görkəmə salıb zarıdıqları ən böyük dərdlərdən birinin adı “Ararat dağı” dır və məşhur dağın “qədim” Ermənistana aid olmasını israrla söyləməsinə, Köçəryan belə bir reaksiya verib: ““Bizim Ağrı dağında gözümüz yoxdur”.
Fikirlərinə aydınlıq gətirən işğalçı eks prezident hər zaman Türkiyəyə qarşı sayğılı olduğunu önə çəkib:“Sizcə, kimsə ciddi şəkildə Ağrı dağında gözümüzün olduğunu düşünür? Bu, bizim üçün bu bir simvoldur. Bəs siz heç ağlı başında olan siyasətçinin “Gedək Araratı (Ağrı) tutaq” dediyini eşitmisinizmi? Ciddi deyil. Bu, bizim üçün bir simvoldur. Bu, o demək deyil ki, bizim belə planlarımız olub. Heç kim bu cür avantürizmdən əziyyət çəkməyib”
Maraqlıdır ki, qədim Azərbaycan torpaqlarında Rusiya Ermənistanı respublika olaraq yaratdığı gündən ermənilər hesab edirlər ki, “Böyük Ermənistan”ın ürəyi “Ararat” adlandırdıqları Ağrı dağında döyünür. Hətta ermənilər ilk dəfə Ağrı dağından simvol kimi 1918-ci ildə yaradılan erməni-daşnak hökumətinin gerbində istifadə ediblər.
1937-ci ildən etibarən Ağrı dağı Ermənistan SSR-nin, SSRİ dağılandan sonra -1991-ci ildən isə Ermənistanın gerbində təsvir edilib. Bunun özü böyük bir qanunsuzluqdur, bunun tarixi və hüquqi əsası yoxdur: Köçəryan düz 10 il Ermənistan prezidenti oldu (9 aprel 1998 – 9 aprel 2008). Əgər Ağrı dağında gözü yox idisə, niyə o gerbi dəyişmədi?
Xocalı qatili Serj Sarkisyanın prezident olarkən törətdiyi cinayətləri yəqin ki, unutmamısınız.
İrqi, dini, milli ayrıseçkilik edərək yüzlərlə azərbaycanlının işğəncələrə məruz qalması, məhv edilməsi məhz onun faşist fəaliyyətinin nəticəsi olub. O hətta gənc nəsli də dəfələrlə özü kimi qaniçən olmağa çağırışlar etmişdi. Yadınıza gələr: 2010-cu ildə Ermənistandakı bayram tədbirlərinin birində o vaxtkı Ermənistan prezidenti Serj Sarksyan erməni gənclərə təxminən belə bir tövsiyyə etmişdi: “Biz Qarabağı aldıq, sizində borcunuzdur ki, Araratı (Ağrı dağı) bütünlüklə ərazimizə daxil edəsiniz”.
Ermənistan doğrudan da Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Ağrı dağının şəklini öz gerbindən götürsün və birdəfəlik bu xəstə düşüncədən əl çəksin. Bu isə xəstə toplumun bacaracağı bir iş deyil.
Əntiqə Rəşid