Emin Əmrullayev 21-ci Dünya Təhsil Forumunda iştirak edir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 18–22 may 2025-ci il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir.
Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 100-dən çox ölkənin elm və təhsil nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil edilən forum “Stabillikdən inkişafa doğru: Daha güclü, daha cəsarətli, daha yaxşı təhsili birlikdə qururuq” şüarı altında həyata keçirilir.
Forum çərçivəsində qlobal miqyasda təhsilin qarşısında duran əsas çağırışlar, innovasiya və rəqəmsallaşma, müəllim hazırlığı və beynəlxalq əməkdaşlıq kimi məsələlər müzakirə olunacaq.
Digər Xəbərlər

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə start verilir

Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verildi

“Son zəng” bu tarixdə keçiriləcək

104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Qabiliyyət imtahanlarına qeydiyyat başladı

Azərbaycanda Beynəlxalq Kouçinq Həftəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR
