Qərbin erməniləri "qazlamasının" ən rahat yolu: "Qarabağı sizə qaytaracağıq"

2024-cü ildə İsveçrə Parlamentinin Aşağı Palatasının (Milli Şura) Xarici Əlaqələr Komitəsi “Dağlıq Qarabağda Sülhə dair Forum” keçirərək, erməni əhalisinin Qarabağa geri qayıtmasına şəraitin yaradılmasına dair təklif irəli sürmüşdü. Sənədin təşəbbüskarı qatı ermənipərəst deputat Erik Fontobel idi.
Layihəyə əsasən İsveçrənin Federal Şurası ən geci bir il ərzində Dağlıq Qarabağda Sülhə dair Forum təşkil etməlidir. Forumun məqsədi kimi erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə geri qayıtması üçün danışıqların aparılması məqsədilə beynəlxalq nəzarət altında və ya əsas beynəlxalq aktorların iştirakı ilə Azərbaycan və Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri arasında açıq dialoqun aparılmasına şərait yaratmaq kimi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı cəfəng fikirlər göstərilmişdi.
Erik Fontobel kimi erməni diasporunun muzdlu advokatlarının Avropa ölkələrinin parlamentlərində bu kimi təşəbbüsləri yenilik deyil. Avropa Parlamentlərində vaxtaşırı çıxan korrupsiya skandalları da bunu deməyə əsas verir ki, bu şəxslər pullu lobbiçiliyə həssas olan insanlardır.Yəni Erik kimi Avropa parlamentarisinə pul ödə, dədəsini söy...
Adalet.az xəbər verir ki, yalı artıq düşən İsveçrə Milli Şurasının üzvü Erix Fontobel yenə əl-ayaqdadır. Dağlıq Qarabağ üzrə sülh dialoqunu təşviq etmək üçün ölüb-itmiş "artsax"ın havadan asılı qalmış "prezidenti" Samvel Şahramanyan ilə görüşüb .
Görüş əsnasında saxta prezident olmayan "artsax"ın möhürü ilə Erix Fontobelə təşəkkürnamə də verib.
Anlayırıq, Erix Fontobel kimi Avropalı deputatlar, konqresmenlər, senatorlar erməni lobbisinin yeni torpaqların işğalı üçün topaladığı pulu ermənilərdən qopartmaq üçün ağıllarına gələn məntiqsiz hərəkətlər edirlər, düşüncəsiz vədlər verirlər. Əsası odur ki, təki müftə pul gəlsin... Yaxşı, görən bu axmaq toplumda bir ağıllı adam yoxdur ki, desin, ay xəstələr, Qarabağ Azrbaycanın de fakto və de yure ərazisidir. O ərazini heç kimin haqqı yoxdur ki, Azərbaycandan qopara sizə verə, və yaxud sizi ora yerləşdirə...
Belə səfeh, məntiqsiz məsələlərə itirdiyiniz vaxta heyfiniz gəlmir, ay ağılsız yazıqlar? "təşəkkürnamə"ymiş.. yox bir....nə isə...
Əntiqə Rəşid
Digər Xəbərlər

Parlamentin növbəti iclasının GÜNDƏLİYİ AÇIQLANDI

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB

İlham Əliyevin Viktor Orbanla geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib

Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - Viktor Orban

"Dostum Viktor Orban həmişə dövlət və milli maraqlarını hər şeydən üstün tutub"
