Azərbaycana bu ölkələrdən gələnlərin sayı artıb
"2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Bu müddətdə ölkəmizə Ərəb Dövlətlərindən cəmi 117 min turist gəlib. Bu regiondan gələn turistlərin sayının azalmasında körfəz ölkələri vətəndaşlarının yeni destinasiyalara üstünlük verməsi xüsusi rol oynayıb".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bununla yanaşı, bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib:
"Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən isə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib. Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10,0 faiz artıb".
Deputat qeyd edib ki, bu müddətdə körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb: "Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa İttifaqından gələnlərin sayında isə cüzi artım qeydə alnıb: 1.8 %. Göründüyü kimi, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Körfəz dövlətlərindən və MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu turizm sektorunun inkişafında yeni çağrışları daha da aktuallaşdırır".
Nicat
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

