adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Haradasan, oğul?

OQTAY ƏLİYEV
68257 | 2012-12-07 23:54
Məhəllədə hay-küy qopdu. Şaxsey-şivən aləmə bülənd oldu. Hamıbir-birinə dəydi. Çoxdandı ki, yataq xəstəsi olan Məstalı kişi evində kimsəsizdünyasını dəyişmişdi. Qonşular da çox gec xəbər tutmuşdular. Kişi elə hey "oğul, oğul" -deyib, nərə çəkir,zarıldayırdı.

Məstalı kişi damın altında, doğma ocağında tək-tənha yaşayırdı. Üçoğlu olsa da, qapısını qonşulardan başqa heç kim açmazdı. Əziz günlərdə gözüyollarda qalardı. Məstalı kişi xəstə olsa da, olduqca qürurlu adam idi. Özünüheç vaxt sındırmazdı. Övladlardan söhbət salanlar olanda:

- "Təkicanları sağ olsun, çətin zəmanədi, yəqin başları qarışıqdı"-deyər, sözü yayındırardı başqasəmtə.

Məstalı kişi övladlarına həm ata, həm ana olmuşdu. Onlarıyuyundurar-geyindirərdi. Əyinləri nimdaş olsa da, təmiz saxlardı. Bacardıqcasəliqə-səhmanlı edərdi. Kolxozdakı ağır işlərdən sonra, özündə güc tapar,körpələri qəm-qüssə çəkməyə qoymazdı.

Beləcə böyüdüb, ərsəyə çatdırdı yetimləri. Onların yaxsı təhsilalması üçün özünü odlara atdı. Əlinə düşən qəpik-quruşları toplayıb onlaragöndərərdi ki, sıxıntı çəkməsinlər. Tətilə gələn tələbə uşaqlarını yola salmaqüçün borc almağa, hətta istəmədiyi adamların da qapısını döyməli olurdu. O birTanrı bilirdi ki, Məstalı kişi bu çətinlikləri keçmək üçün necədəridən-qabıqdan çıxırdı.

Qəm-qüssəli keçən həyatı onu vaxtından əvvəl çalsaqqal etmişdi. Ağırişlər onun bədəninin giziltilərini əzaba çevirmişdi. Belə ağır işlər, çəkdiyiəzablar, ürəyinə verdiyi artıq yüklər yaşa dolduqca özünü büruzə verirdi.Ağrılar onu üzürdü, ürəyi isə sözünə heç baxmırdı. Əzabla düşünürdü "Bütün bunlar bir yana, axı necəolur ki, bütün ömrünü, həyatını həsr etdiyin, övlad üçün olmazınməhrumiyyətlərə qatlaşdığı oğulları belə naqis çıxdılar?!". Düşünürdü ki, "görəsən, nəsildə kimə oxşayıblaronlar?" Övladlarınınnankorluğu onu qılınc kimi kəsib-doğrayır, el arasında başıaşağı edirdi. Yüzdəfə özünə ilahidən ucuz ölüm diləyirdi. Özünə qəsd edib, bu əzablardanqurtulmaq istəsə də, övladlarının adına, şəninə ləkə gətirəcəyini düşündükdə,bu fikirlərindən daşınırdı.

Kiminin əvvəli, kiminin axırı...

Amma İlahinin öz qisməti var...g

Xeyirxah qonşular tapdıqlarından Məstalı kişiyə pay tutardılar.Əyin-başına baxardılar. Komasında səliqə-səhman yaratmağa çalışardılar. Bunlarabaxmayaraq ata qəlbinə vurulmuş ağır yaralar onu çökdürmüşdü.

Eşidirdi ki, oğlanları var-dövlətli ailədən olan qızlarla evlənib,şirkət sahibi olublar. Söz gəzirdi ki, imkansızlara xeyriyyəçilik göstərirlər.Böyük vəzifəlilərlə oturub-dururlar. Qonşular gözaydınlığına gəlirdilər ki,oğlanlarını tez-tez televizorda göstərirlər.

g Hətta, düşməninə də övlad naqisliyini, nankorluğunu, belə xəcil,acı həyatı arzulamırdı Məstalı kişi. Məstalı kişinin dəfn mərasimini el-obatəşkil etdi. Artıq xəbər oğlanlarına da çatmışdı. Məstalı kişinin oğlanlarınınüçü də yığılışdılar, məsləhətləşdilər. Bahalı maşınlar kəndə, Məstalı kişininnimdaş komasına yollandılar.

Böyük oğlu Bəykişi qaşları çatılmış dilləndi:

- Yas mərasimini bu səviyyəsiz, toz-torpaq içində keçirmək olmaz. Bueybəcərlikləri qonaqlara göstərmək bizə yaraşmaz. Hər şeydən əvvəl bu, bizimadımıza layiq deyil! Kənddəki yol qovşağındakı şadlıq sarayına gedin, danışın,orada keçirək yası. Uzaqdan - yaxından, böyüklərdən, görkəmli şəxslərdən bizimadımıza gələnlər layiqli sarayda oturmalıdırlar!

Qardaşlar razılıqla başlarını yellədilər:

- Bizim adımıza yalnız belə səviyyədə yaraşar! Bütün dəm-dəzgahışadlıq evində yerli-yerində olmalıdır. Xidmətçilər, kulinarlar Bakının şadlıqsaraylarındakı kimi yüksək səviyyədə qulluq etməlidirlər. Lazım gəlsə,tapşırarıq şəhərdən gəlsinlər. Bizim böyük ad-sanımız var axı!!!

gBinəva, uzun illər baxımsız qalmış Məstalı kişinin belə təmtəraqlıtəşkil edilmiş yas mərasimi kənd camaatını çox təəccübləndirmişdi. Oğullar özad-sanları naminə belə təntənəli yas mərasimi düzəltmişdilər. Üzrxahlıq edənkəndçilərdən birisi üzünü Məstalı kişinin təmtəraqlı geyinmiş, qırmızıqalstuklu oğullarına tutdu:

- Başınıza dönüm, belə var-dövlət, qabiliyyət-qanacaq sahibiydinizsə,Məstalı kişiyə hərdənbir görüm-baxım edərdiniz, müalicə etdirərdiniz dəə!!!Yazıq kişi "yeyə-vay" dərdindən bu dünyadan vaxtsızköçdü. Bu saxta, qurama tamaşa yas mərasiminiz isə el-oba içində heç vaxtsizlərə şərəf gətirməz!

Camaat Məstalı kişinin nankor oğullarının şadlıq sarayında təşkiletdikləri dəm-dəsgahlı, naz-nemətli ehsan stollarını dolu qoyub çıxdılar. Elintənəli sözləri sifətlərinə deyilən qardaşlar, başıaşağı məclisi yolaverdilər...

TƏQVİM / ARXİV