adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

PAPAQSATAN KİŞİ

OQTAY ƏLİYEV
304206 | 2013-01-08 15:55

Rüstəm kişi ixtisasca ali təhsilli tikinti mühəndisi olsa da,bərbərlərin, zootexniklərin, mal həkimlərinin,sürücülərin bina tikdiyi bugünkü zəmanə çoxları kimi onu da naəlaclıqdan heçsevmədiyi alverə möhtac qoymuşdu. Rüstəm papaq satışı biznesinə girişsə də,bilirdi ki, miyanə işdir. Maya qoyub metronun şinnikli yerində köşk almışdı.Erkən gedər, evə gec qayıdardı. Çox zəif ticarət idi papaqçılıq. Özü demiş, adıvardı ki, "Fərrux ət satır!"

Rüstəm kişi çeşid-çeşid papaqları tilliyib qabağına, hərdən var-gəledər, bəzəkli lələklə tozunu alar, səsi xırıldayana qədər: "Yaraşıqlı,ucuz papaqlar var, papaq!" - deyib, müştəri ümidi ilə ətrafa boylanardı.Satılan bu papaqların pul-paralı adamlara layiq bahalı olanı da vardı,kasıb-kusub üçün də. Bu alverdə hər kəsin öz yeri, münasib yanaşması,davranışı, danışıq tərzi vardı. Bir sözlə, hər müştərinin öz yeri bəlliydi.Hava nəmişləyəndə papaq daha çox yada düşür, papaqsatanlar fəallıq göstərir,xüsusi canfəşanlıqla haraylayırdılar. Kaş, papaqlar satılsın. Təəssüf ki, əsilpapaq alanlar tək-tük olurdu.

O, sadəcə dolanışıq üçün papaq satırdı. Amma həmişə qəlbindən qaraqanlar axırdı. Doğrusu, papaq satmaq bir yandan ona ar gəlir, bir tərəfdən dəxəcalət çəkirdi. Düşünürdü ki, bu papaqları satdığı necə adamlardı? Papaqqoyulan o başların içərisində nələr var? O şəxs müdrik, düşüncə sahibidirmi,yoxsa papağını havayı yelə verir? Qəlbini didib-parçalayan min bir suallar onubəzən qürurlandırır, bəzən də xoflandırır, bəzən qəzəbləndirir və müxtəliffikirlərə yozdururdu.

Saçları çallanmış, həmişə aramla yaxınlaşan, təmkinlə danışan birmüştəri gəldi. O, qara-gül dəridən buxara papaq sifariş vermişdi. Rüstəm kişionu hörmətlə qarşıladı. Dünya maraqlarından söhbət açan həmin şəxsin vaxtiləmötəbər vəzifələrdə çalışdığı, ziyalı bir şəxsiyyət olduğu bəlli idi.Milli-mənəvi dəyərlərimizin aşağılanması, gənclərin tərbiyəsi, insanlıq,səmimiyyət, doğruçuluq, mərdlik və mərifət, abır-həya, təmiz insan olmaqməsələlərindən yana-yana danışır, "hara gedirik?" - deyirdi. Rüstəmkişi mənəvi rahatlıq tapırdı ki, deməli zəmanəni düşünənlər var. Amma nəyazıqlar ki, reallıq başqadır...g

Bu müştərisə zabitdir. Qayaqlı, zər-zibalı mundirli və çiynindəki böyük ulduzlar onun yüksək hərbi vəzifədaşıdığına dəlalət edirdi. O da qara-gül dəridən papaq istəyirdi. Rüstəmkişinin qürbətdə, düşmən tapdağında qalan güllü-çiçəkli dağlar, çəmənlər olandoğma yurdu, min zəhmətlə tikib-qurduğu ev-eşiyi, bağ-bağatlı, minevli doğmakəndi, erməni dığalarının söküb-dağıtdığı əzizlərinin uyuduğu müqəddəsqəbiristanlıqlar yadına düşdü, qəhərlənib, qəzəbləndi: "Özünəməxsus şanlıqəhrəmanlıq tarixi olan xalqımızın əsgər oğulları bəs haradadır?! İyirmi ildirDağlıq Qarabağ işğaldan azad olunmayıb, onun yurdu hələ də bazarlıq meydanıdır.Satmayacağam belələrinə qara-gül buxara papağı!

Nutra dərisindən papaq sifariş vermiş, həmişə televiziya verilişlərindəfitil-fitil, dil-dil ötən, gülərüz bu insanın sinəsində deputat nişanı var idi.Rüstəm bilirdi ki, onun da camaata mərci dənəsi boyda köməyi hələ dəyməyib.Kifayət qədər var-dövlət sahibi, ticarət, şadlıq sarayları, sexləri olan beləbirisi də bahalı xəz-dəridən papaq sifariş vermişdi. Rüstəm kişi qərara gəldiki, "ac qalaram, amma bunlara o papaqları satıb şərəfləndirmərəm!"

Bu kişi isə fəhlə babadır, ona heç belə bahalı papaq da lazım deyil.Başına keçirməyə isti bir şey axtarır.

İndiki xanımlar da qəribə xarakierli məxluqlardı. Bahalı, həm dəkişi papaqları almağa can atırlar.Rüstəm kişi ənlik-kirşanlı, pul kisəsi dolu olan belə xanımlara kişi papaqlarısatmaq istəmirdi, onlara həqarətlə baxırdı:

"Axı bala, nə üçün siz öz yolunuzla getmirsiniz?" -deyirdi. Onsuz da papaq alan az kişiolurdu.

Belə dərd-sərlər yazıq papaqsatan Rüstəm kişini üzürdü. Bir qulaqyoldaşı da tapmırdı ki, ürəyini boşaltsın. Həqiqətən, Rüstəm kişinin qəlbininağrısı səbəbsiz də deyildi.

Bu aşılanmalarda təkcə papağımızı itirmişikmi? Təəssüf ki, çoxdəyərlərimizi...

TƏQVİM / ARXİV