Gürcüstan yenə din qardaşını seçdi: Turizmdə də
Ermənistan və Gürcüstan turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün işçi qrup yaradacaq.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan təşkilatının rəhbəri Mexak Apresyan jurnalistlərə bildirib.
Məlumata görə, Ermənistan Turizm Federasiyası və Gürcüstan Turizm Assosiasiyası Yerevanda bu barədə razılığa gəliblər.
İşçi qrupuna dövlət və özəl sektordan olan nümayəndələr daxil olacaq, onlar tezliklə sərhəddə ilk iclaslarını keçirəcək və oradakı problemləri müzakirə edəcəklər.
.P.S. Məlumdur ki, Gürcüstana ən böyük turist axını Azərbaycandan gedir. Amma Gürcüstan işçi qrupunu Ermənistanla yaradır. Məsələn bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % artaraq 808,1 min nəfər olub. Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4 %, Türkiyəyə gedənlərin sayı 27,1 %, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiyaya gedənlərin sayı 14,9 % artıb. Azərbaycan vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiyaya, 8,9 %-i Gürcüstana, 8,6 %-i İrana, 21,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.
Amma Gürcüstan...
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Sentyabr 2026 18:38
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - VİDEO + FOTOLAR
15 Sentyabr 2026 17:55
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi
15 Sentyabr 2026 17:32
Allahşükür Paşazadə Prezidentə təşəkkür etdi
15 Sentyabr 2026 16:55
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin” - İlham Əliyev
15 Sentyabr 2026 16:16
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
15 Sentyabr 2026 15:49
Kobud qayda pozuntularına qarşı mübarizə...
15 Sentyabr 2026 15:31
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
15 Sentyabr 2026 15:27


Bakı -°C

