adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2018 14:22
82378
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

AbdalQasım bəyin evinin yanından keçəndə eşşəyinə bir-iki çubuq vurubdeyir:

-Toş, toş, ay bəy, toş, toş.

Bunueşidən bəyin nökərləri tökülüb Qasımı döyürlər.

Qasımüst-başının torpağını çırpa-çırpa yenə eşşəyinə bir-iki çubuq vurub deyir:

-Toş, toş, ay çoxqohumlu bəxtəvər, toş, toş.

İndibaxıram bəzi çoxqohumlu bəxtəvərlərin qohum-əqrəbasıtökülüb sosial şəbəkədə hansısa bir ziyalınıxıncım-xıncım edirlər.

Tanrım,bizləri çoxqohumlu bəxtəvərlərdən qoru!