25 Avqust 2020 15:23
139996
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

LaçınınŞəlvə kəndində (bu kənd Qarabağın ən məşhurkəndlərindən biridir və burdançox böyük alimlər, ziyalılar,ağsaqqallar çıxıb) bir nəfərin atınıoğurlayırlar. Atı oğurlanan bilir ki, atı kim aparıb, amma qorxusundan danışa bilmir,atını istəyə bilmir.

Muradxanmüəllim hadisədən üç-dörd günsonra gəlir kəndə. Oturubcamaatla bir stəkan çayiçir, dərdləşir, söhbət edirvə axırda soruşur ki, kiminnə dərdi var?

Atıoğurlanan deyir:

-Yoldaş Cabbarov, mənim atımı oğurlayıblar, kömək edin.

Bugünki yazımda yazmışam axı, Muradxan Cabbarov Laçınınecə tanıyırdı. Bilir ki, atıkim apara bilər, gülür və deyir:

- Həsənburdadı?

OrdanHəsən cavab verir:

- Bəli,yoldaş Cabbarov, burdayam.

- Həsən,gör neynəyirsən də, bu kişininatını aparıblar.

İki saatdansonra atı qaytarırlar yiyəsinə.

Yeri behiştolsun ey, Cabbarov belə kişi idi.

Növbəti nömrəmizdə Laçınla bağlı ayrı bir lətifənisizinlə bölüşəcəyik. Amma elə lətifələrvar ki, onlar «xuliqanski anekdotlardı», çoxtəəssüf ki, onları mətbuatda verə bilmirik.

Ammabir fikrim var ki, bir rubrika açım – «xuliqanski anekdotlar» və Qarabağın xuliqananekdotlarını oxuculardan üzr istəyərəkpaylaşım. Oxucular da mənibaşa düşər.