adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 May 2024 13:52
1168
HADİSƏ

Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər

Mayın 8-də səhər tezdən Günəşdə iki güclü partlayış baş verib.

Partlayışların gücü X sinfində 1,0 bal olub ki, bu da ən yüksək dərəcədir. Onlardan biri 51 dəqiqə davam edib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.

“Mayın 8-də səhər saatlarında Günəşdə Yerə doğru böyük istilik kütləsinin atılması qeydə alınıb. Günəş kütlələrinin ilkin olaraq Yerə çatması şənbə günü, mayın 11-də gözlənilir”, - deyə o bildirib.

Boqaçovun sözlərinə görə, partlayışlar səbəbindən həftəsonu G2-G3 gücündə maqnit qasırğaları gözlənilir. Üstəlik, G3 artıq güclü hesab olunur.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalarının gücündən asılı olaraq A, B, C, M və X olmaqla beş sinfə bölünür. Bir qayda olaraq, onlar plazma emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir.