Gülnarə Kərimova hardadır?

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.
Bu barədə özbəkistanlı jurnalist öz "Facebook” yazıb.
Onun sözlərinə görə G.Kərimova təcridxananın 3-cü mərtəbəsində, VİP şəxslər üçün korpusda saxlanılır.
Qeyd edək ki, onun həbsi barədə iyulun 28-də ölkə Baş Prokurorluğunun Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə idarəsi xəbər yaymışdı.
Məlumata görə, G.Kərimova dələduzluqda, gömrük qanunvericiliyini pozmaqda, xarici valyuta gizlətməkdə, sənəd saxtalaşdırmaqda ittiham olunur.
Qeyd edək ki, onun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunub.(trend)
Digər Xəbərlər

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

Finlandiya prezidenti Fələstini tanımağa hazır olduğunu bəyan edib

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır
