"Göz yaşı” adlı sosial çarx çəkiləcək
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyi "Ağ ölüm”lə mübarizə” adlı layihə həyata keçirəcək.
Layihə çərçivəsində ərsəyə gələcək “Göz yaşı” adlı sosial çarx geniş arenada təbliğ olunacaq.
Layihənin rəhbəri Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi tədbirlər və sosial çarx vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir.
Bu məqsədə çatmaq üçün Bakı şəhəri, Qəbələ və İsmayıllı rayonlarında narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi ilə gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Sosial platformaların vasitəsi ilə maarifləndirmə işi geniş auditoriyanı əhatə edəcək. Müxtəlif KİV-lər vasitəsilə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən sosial çarxlar diskləşdiriləcək Bakı ilə yanaşı regionda da gənclərə pulsuz paylanacaq. Sosial çarxın hər bir tədbirdə təqdimat mərasimi təşkil olunacaq.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

