20 Iyun 2025 11:32
136
DÜNYA

Görüşün tarixini Rusiya və Ukrayna müəyyən edəcək - Peskov

Rusiya və Ukrayna danışıqların üçüncü raundunun tarixini birlikdə müəyyənləşdirəcək.

Adalet.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

    O, danışıqların üçüncü raundunun tarixinin birgə şəkildə müəyyən ediləcəyini bildirib.

    “Bunu Rusiya və Ukrayna müəyyən edəcək”, - Peskov əlavə edib.

    Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 18–21 iyun tarixlərində keçirilir.