İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub

İsrail hərbçiləri Tehranda onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin (SPND) qərargahını vurub.
Adalet.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri (IDF) Tehranın mərkəzində silsilə zərbələri tamamlayıb: onlarla hədəf, o cümlədən raket istehsalı ilə bağlı hərbi obyektlər, İranın nüvə layihəsi ilə əlaqəli SPND qərargahı vurulub", - məlumatda bildirilir.
Digər Xəbərlər

Türkiyəli nazir: İsraillə İran arasında gərginlik regionda böyük xaosa səbəb ola bilər

Yaşar Gülər: Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün ciddi təşəbbüslərlə çıxış edir

İran İsraildə Şin Bet qərargahını hədəfə aldı - YENİLƏNİB + VİDEO
