24 Iyul 2019 15:50
70513
MARAQLI

Gəlin köçəcək qız toya qədər...- Afrika qəbilələrinin qəribə adətləri

Zamankeçir. Zaman yanımızdan hara getdiyini bilmədiyimiz bir qatar kimi ötüb keçir vəbu sirli, müəmmalı gedişat insanların həyatında dəyişikliklərin yaranmasına səbəbolur. Cəmiyyət dəyişir, mədəniyyət dəyişir, siyasət dəyişir...

Bütün budəyişikliklərə baxmayaraq, sürətli qatara çevrilmiş 21-ci əsrdə öz mövcudluğunuqoruyan nəsnələr də olur. Məsələn, adətlər...

Ölkəmizinadətlərindən danışmaq istəmirəm. Mənim üçün Afrika qəbilələrinin adətləri dahamaraqlı, daha gözəl, daha səmimi və ən əsası daha mənalı görünür.

İndi sizəbu adətlərin bəziləri haqqında danışacam.

1. Efiyopiyanın cənubunda yaşayan Mursi qəbiləsinin qadınları altdodaqlarına torpaqdan hazırlanmış boşqab şəkilində olan əşya taxırlar. Bu yollaonlar dodaqlarının ölçüsünü daha da böyüdürlər.

Düşünürəm ki, bizim qadınlar da son illər kəskin şəkildə artan vəonları gözəlləşdirmək əvəzinə əcaibləşdirən silikon əməliyyatlarından imtinaedib bu yola əl ata bilərlər. Həm daha gözəl olar, həm də təbii.


2. Şimali Namibiyada yaşayan Himba qəbiləsinin üzvləri az paltargeyinirlər. Qəbilənin xanım üzvləri günəşin şualarından qorunmaq üçün kərəyağı, aşılayıcı maddə və müxtəlif bitkilərdən ibarət kremlər hazırlayaraqbədənlərinə çəkirlər. Həmin krem bədənə qırmızı rəng verir. Bu isə torpağınbərəkətinin və qanın həyat rəngi olmasının simvoludur.

Son dövrlərdə buy adət bizdə də xeyli geniş yayılıb. Bizim qadınlarda artıq çox az paltar geyinməyə başlayıblar. Bizdə bunun nəyi simvolizəetdiyini isə dəqiq deyə bilməyəcəm.


3. Anqolada yaşayan Mucaşana qəbiləsinin qadınları üçün ən önəmliolan saçlarıdır. Xüsusilə qəbilə bayramlarında onlar xüsusi üsullahazırladıqları məcunla saçlarına müxtəlif formalar verirlər.

Elə bizim xanımlar da xüsusi günlərdə, toy-bayramlarda bu adətəbağlılıqlarını nümayiş etdirirlər.


4. Şimalı Namibiyada yaşayan Himbalar 20-50 min nəfərdənibarət köçəri toplumdur. Deyilənlərə görə, onlar bu əraziyə XV-XVI əsrlərdə gəlib.Ovçuluq və yığıcılıqla məşğul olurlar. Burada əsas əmək tələb edən işlərinçoxunu qadınlar görür. İnək sağmaq, su daşımaq, ev tikmək, uşağa baxmaq və sairə.


Yəqin araşdırsaq, bu qəbilə qan bağımızın olduğunuaşkarlayarıq.

5. Keniyada yaşayan Samburu qəbilə üzvləri yarımköçərihəyat sürür, iri və xırdabuynuzlu mal-qara saxlayırlar. Qəbilədə əsas qərarlarıən yaşlı üzv verir. Kişilər, adətən, 30 yaşından sonra evlənirlər.

30 yaş məsələsini saymasaq, bu qəbilə ilə dəoxşarlıqlarımız var. Məsələn, biz də Qarabağdan köçüb gəlmişik.

Evlilik demişkən...

Biraz da evlənmə adətlərindən danışaq...


6. Dünyanın ən unikal və populyar qəbilələrindənbiri də Masaylardır. Masaylar Keniya və Tanzaniyanın sərhədində yaşayırlar.

Fərqli məlumatlara görə sayları 900min. – 1mln.qədərdir. Şimalı Afrikada yaranmış Maa dilində danışırlar. Əsgər kultu Masaytayfası üçün mühümdür və tayfanın bütün oğlanları müəyyən rituallardan keçərəkəsgər adını alır. Həmçinin bu tayfaya ənənəvi, tullanmaqdan ibarət"adumu” rəqsi də məxsusdur. Bu rəqs zamanı ən yaxşı və ən yüksəyə tullananoğlan özünə mütləq qız tapır.


7.Nigeriyada gəlin köçəcək qız toya qədər kökəlməlidir. Yox, əgər toya qədərkökəlməsə, onun toydan sonra kökəlmək üçün bir ay vaxtı var. Təzə gəlin bu birayda da arıq qalarsa əri onu geriyə, yəni ata evinə göndərir.

Bizimqızlar isə tərsinə edir. Toya qədər özünü arıq saxlayar. Toydan bir müddətsonra isə görürsən ki, 50 kiloluq qız olub 200 kilo. İstəsən də ata evinəgöndərə bilmirsən, gücün çatmır...


8. Efiopiyadayaşayan Hamar qəbiləsinin də evliliklə bağlı qəribə adətləri var.

Məsələn, burada oğlanlar evlənməkistədikləri zaman 15 ölü inəyin üzərində yıxılmadan yeriməlidirlər. Əgəryıxılsalar, həm evlənmə hüququndan məhrum olurlar, həm də döyülürlər.



Bizim ölkənin adətləri də həminqəbilənin adətlərindən elə də fərqlənmir.

Sadəcə bizdəevlənmək istəyən oğlandan 30 diri inəyin pulunu xərcləməsini istəyirlər. Əgərxərcləyə bilməsə, həmin oğlan bir ömür töhmətli olur və qızın ailəsi tərəfindənsöyülür.

Ümidedirəm ki, nə vaxtsa Afrika qəbilələrinə bənzəməmizə səbəb olan lazımsız adətlərimizdənxilas olacağıq.