“Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb
“Azərsun Holdinq” ABŞ-ın nüfuzlu Brandon Hall Group tərəfindən təşkil olunan “Human Capital Management Excellence Awards 2025” müsabiqəsində qalib olub. Bu qalibiyyət holdinqin öyrənmə və inkişaf sahəsindəki qabaqcıl fəaliyyətini beynəlxalq səviyyədə bir daha təsdiqlədi.
Şirkətin Pərakəndə İnkişaf Mərkəzi layihəsi “Öyrənmə və İnkişaf” istiqamətində “Ən Yaxşı Özəl Məzmun” kateqoriyasında bürünc mükafata layiq görülüb. Bu mükafat, “Azərsun Holdinq”in əməkdaşlarının peşəkar bilik və bacarıqlarının inkişafına verdiyi önəmin, eləcə də şirkətin innovativ təlim proqramlarının uğurlu icrasının göstəricisidir.
“Azərsun Holdinq” bundan sonra da insan kapitalının inkişafına yönəlik strategiyalarını genişləndirməyə davam edəcək.
Digər Xəbərlər
02 May 2026 10:02
Bolqarıstan parlamentinin iclaslarında it iştirak edəcək
02 May 2026 09:56
Pula pul deməyəcəksiniz - Mayın şanslı bürcləri hansılardır?
01 May 2026 17:56
Avtobus sürücüsü sərnişinə evlilik təklif etdi - VİDEO
01 May 2026 15:09


Bakı -°C

