Antalyanın polis rəisi HƏBS OLUNDU
Antalya şəhər polis rəisi İlker Arslan həbs edilib.
Adalet.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Arslan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, dünən gecə könüllü şəkildə təhlükəsizlik orqanlarına təslim olub.
Onun yerinə polis rəisi vəzifəsini müvəqqəti olaraq müavini Murat Baz icra edəcək.
Məlumata görə, Arslanın adı Antalya Böyükşəhər bələdiyyəsinin sabiq sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mühittin Böcek ətrafında aparılan rüşvət və korrupsiya istintaqında hallanıb. Böcek iyulun 5-də saxlanılmış, daha sonra isə həbs edilmişdi.
İstintaq çərçivəsində həm bələdiyyə rəhbərliyində, həm də şəhər polis idarəsində ciddi korrupsiya halları araşdırılır.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

