adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Yanvar 2017 20:00
35264
MARAQLI

Gələcəyi görmək istəyənlər 150 min dollar ödəyir

İllərlə dondurulmuş vəziyyətdəqalan bir insan necə dirilə bilər? Bu sual uzun müddətdir cəmiyyətdə maraqyaratmaqdarır. İnsan dondurularkən onun bədənindəki ən kiçik hüceyrələrə qədərbuz qatı bürüyür. İnsanın əsas yaşama amili olan ürək qan-damar sistemi hərəkətsizhala gəlir. Bu məsələni gündəmə də gətirən əsas səbəb isə bir şəxsdə gizlənir.O James Bedforddur. Dünyanın dondurulan ilk insanı James Bedford tam 50 ildirkriogen balonu içində mənfi 196 dərəcədə donmuş halda gözləməyə davam edir.James Bedford adlı ABŞ vətəndaşı, 12 yanvar 1967-ci ildə 73 yaşında olarkənkriogen balonuna girərək özünü donduran ilk insan olmuşdu.

O gündən bu yana isətam 50 il keçdi. Böyrək xərçəngi olduğu və müalicəyə cavab vermədiyi üçün ölümügözləyən Dr. James Bedford, gələcəkdə xəstəliyə çarə tapılacağı və dondurulmuşinsanları geri qaytarmağın bir yolunun kəşf ediləcəyi ümidi ilə, öz istəyi iləkriogen balonuna girmişdi.

James Bedford o gündənbəri rəsmi olaraq ölü qəbul edilir, amma tibbi olaraq tam mənası ilə ölüolmadığı bilinir. Orqanları pozulmadan 50 ildir kriogen balonunda buz kəsmişhalda gözləyən Bedford, donmuş insanları orqanlara xəsarət vermədən geriqaytarmağın bir yolu tapıldığında, təkrar həyata qaytarılacaq. Alimlər bu əməliyyatınnəticəsində, Bedfordun orqanlarının yenidən işləməsini ümid edirlər, ancaq elmhələ ki o dərəcədə inkişaf etməyib. Əlavə olaraq Bedfordun oyandırılması üçünböyrək xərçənginə də dəqiq bir çarə tapılmalıdır.

Bedfordu donduran elmicəmiyyət, bu təcrübə üçün Bedfordu ödənişsiz olaraq dondurmuşdu, ancaq dahasonra bu üsul ölümcül xəstələr arasında çox məşhur oldu və varlı, amma çarəsizxəstəliyə tutulmuş bir çox insan, böyük pullar ödəyərək özlərini dondurmuşdu.

Elm, insanları dondurubtəkrar həyata qaytarmağı bacara bilsə, gələcəkdə bu üsulla uzaq ulduzlara yüzlərləil davam edəcək səyahətlər keçirəcək kosmik səyyahların ortaya çıxması da gözlənilir.

Belə demək düzgündürsə,73 yaşına çatmış Bedfordu bu testə görə atdığı ən uğurlu və ya ən axmaqca biraddımdır. Miçiqan ştatının Kroyin İnstitutunun direktoru Dennis Kovalski deyibki, "Donmaq ölümdən sonra insanınbaşına gələ biləcək ikinci ən böyük təhlükədir".

Krioniks nədir?

Krioniks termini ilk dəfəolaraq 1965-ci ildə istifadə olunub. Lakin bundan daha əvvəl ötən əsrin 30-cuillərində yazıçı Neil r. Cons yazdığı romanında insanın dondurulmasından sözaçıb. Məşhur fizik Robert Ettinger 1964-cü ildə Yayımlanan "Ölümsüzlükehtimalı" adlı kitabında insanların gələcəkdə yaşamaları üçün onlarındondurulmasının ağlabatan fikir olduğunu deyib.

Bunu zaman göstərəcək.Alimlərin xalqa verə biləcəyi ümid rezonans doğurur. Belə ki, bir müddət öncəAmerikalı alimlər bir dovşanın üzərində bu test etmişdilər. Onlar dovşanınbeyninin donuşluqdan azad etməyə nail oldular. Beyin hüceyrələr və sinirlərləbirlikdə əvvəlki kimi işlək vəziyyətdə idi. Hətta beyinin sinir qovşağı sayılansinapsların da əvvəlki fəaliyyəti bərpa edildi. Bu ümid işığı hal-hazırda 1250insanı qane edir. Bu qədər insan dondurulmaq və gələcəyi görə bilmək üçün növbəgözləyirlər. Qeyd edək ki, hazırda əksəriyyəti ABŞ və Rusiyada olmaqla 300-əyaxın insan dondurulub və gələcəyə doğru zaman sayırlar.

ABŞ-ın qurucularındansayılan Benjamın Franklin 1773-cü ildə dövrünün insan ömrünün uzatma üzərindəaraşdırmalar aparan nüfuzlu alimi Jaks Duborqa belə bir məktub yazmışdı:"Kaşki insanların dondurulması kimi bir elmi təcrübə olardı, o zaman 100il sonra ABŞ-ın gələcəyini görmək üçün dondurulardım..."

Franklinin bu xəyalları2 əsrə yaxın vaxtdan sonra reallaşdı və nəhayət, elm adamları bunun üçün mühümaddım atdılar. İndi isə qalıb nəticəni görmək...

Dünyada hər ilinsanların nəfsinə və marağına qalib gələ bilməyib həqiqi şahidi olmadığı birhadisəyə inancları getdikcə artır. Lakin dondurlmuş Bedfordla bağlı elə dəpozitiv fikirlər səslənmir. Kaliforniya Universitetinin Psixoloqu olanprofessor Jamesin bədənindəki hüceyrələrin bəzilərinin donuşluğun təsirindən sıradan çıxdığı bildirilir.

Və nəhayət ProfessorCeymçs Bedfordun dondurulmuş bədəni xilas edildi.

Bedfordun güdazına gedəndaha 9 insan bu müraciətlə bədəninin dondursa da onların sonradan yaşamınıitirdiyi məlum olub. Alimlərin kiçik diqqətsizliyi 1979-cu ildə bükülərəkdondurulan 9 şəxsin faciəsi ilə nəticələndi.Belə ki, Bedfordan fərqli olaraq həmin şəxslərin dondurulmuş bədəni onların örtənxüsusi bağlamanın açılması nəticəsində cürümüşdü. Lakin Bedford bu mübarizədən"sağ" çıxmağı bacarıb. Belə desək, onun bəxti gətirib. Əslində bəxtiningətirib gətirmədiyi müəyyən vaxtdan sonra məlum olacaq. Ceyms Bedford hələ dədonmuş haldadır.

Bədəninizi dondurmaqüçün nə qədər pul ödəmək lazımdır?

Mövzu ətrafında ən çoxverilən suallardan biri də dondurulmaq üçün ödəniləcək məbləğdir.

Cryonics.orgsaytında "Həyatın qiyməti dəyərsizdir"devizi qoyulub. Bu isə o deməkdir ki,sözügedən prosesin alınması üçün külli miqdarda məbləğ tələb olunur. Qiymətbazarında bu işi ən ucuz həyata keçirən şirkətin tələbi 28 min dollardır. Dünyanın bir nömrəli "Cryoniks"şirkəti isə ən bahalı şirkət kimi tanınır. Bu şirkətdən yararlanmaq istəyənlər150 min dollarından keçməli olacaqlar.

Aerrtıq geniş maraqdairəsi yaratmaış Krioniks əməliyyatları insanların donmuş bədənini gələcək50-100 il üçün qoruyub saxlayır. Lakin bizi gələcəyə aparan Kriyoniksin nə dərəcədəözünü isbat etməsi sual altındadır.

Doktor Segalınaraşdırması

Kriyoniks sahəsində peşəkarfəaliyyəti ilə tanınan Meksikalı Doktor Segal ənənəvi olaraq ilk sınaqüçün öz itini seçmişdir. Miles adlıitini donduran professor bir müddət sonra onu diriltməyi və əvvəlki kimi sağlamhəyata qaytarmağı bacarmışdı. Onun bu uğuru dünya gündəmindən düşmədi. Birvaxtlar Kosmosa ilk canlı olaraq Layka adlı itin göndərilməsi və havasız minlərləkilometr yüksəklikdən sağ- salamat yerə enməsindən sonra insaların göy üzünü kəşfetməsi bu günümüzə qədər davam edir. Hətta NASA yaxın zamanlarda Mars planetinədə səfər etməyi planlaşdırır. Müxtəlif fərziyyələr insanların düşüncələrində məntiqiaydınlıq yaradır və nəticə etibarilə ilə donmaq üçün müraciət edənləri sayıget-gedə artmaqdadır. Hal-hazırda isə nə az, nə çox, 230 insan ölmüş və yadonmuş halda gözləmədədir. Onları taleyinin necə olacağı isə təbii ki, naməlumolaraq alır.

Dondurularaq gələcəyigörmək sitəyənlər arasında tanınmış simlar da yer alıb. Məşhur Byezbolçu TedWilliams, amerikalı aktyor Dick Clair və nəhayət Türkiyəli ədəbiyyat sahəsindətanınmış yazıçısı Güner Kuban dondurulmaq üçün artıq 150 min dollarlıqrazılaşmanı imzalayıblar...

(Ardı var)

Rüfət Soltan