GƏL AY MÜŞTƏRİ... - Kamran Güllər yazır

Bu haqda yazanda bəzi dostlar fikir bildirməsə də içlərindən keçən küskünlük məlum olur zatən.Əzizlərim,həqiqitləri gizləyə-gizləyə 300 ildir bizləri yerdən-yerə vurublar,torpaqlarımız işgal olunub,millətin ogul qızları qətl edilib,sərvətimiz talanıb...
Sovetlər dönəmində Azərbaycanın sərvətini talayıb heç bir təbii resursu olmayan Ermənistana və Gürcüstana yedirdib "Azərbaycan Tiflis magazalarında iri addımlarla irəliləyir" devizi yaradıb lag-lagı edirdilər,halbuki Tiflis magazalarında satılanlar da Azərbaycan məhsulları idi.Bu gün toxunacagım mövzu da elə həmin dövr Azərbaycanın sərvətini talan edib öz qohum əqrabalarına yedirdənlər və onların bu günkü törəməmiş törəmələridir...
Həmin çətələr Türkiyə Azərbaycan yaxınlıgından ciddi narahat olur,burunları daşa dəyib ovulduqca isterik hal alıb agızları köpüklənə-köpüklənə müxalifət-müxalifət oyunu altında yenə də nələrəsə nail olmaga çalışırlar...
İki gündür Qarabagda baş verən hadisələrə "Avropada yaşayan və Avropanın yal,sümüyü ilə qidalanıb içimizə soxulmuş "demokratlar"ın xain münasibətlərinə hamımız şahidlik etdik.Görün nə günlərə qaldıq ki,baş verən hadisələri milliyətcə erməni,Leyla Yunusun kocası ArrrrriP Yunus təhlil edir və millətə agıl verir.. Tək bu ArrrriPlər deyil ki,içimizdə bilinməyən yetəri qədər ArrrriPlər var ki,hələ də kripto adlar altında fəaliyyətlərinə davam edirlər.Bunlar müxtəlif adlar altında daim Türk düşmənçiliyi aparır,Türkiyə ilə Azərbaycanın birliyinə hər vəchlə mane olmaga çalışırlar.Hətta vəziyyət o yerə gəlib çatdı ki,
Türkiyədə Prezident seçkilərində "Ərdogan diktatordur" pərdəsi altında qardaşlar arasında nifaq toxumu səpməyə çalışdılar və təssüflər olsun ki,qismən də olsa "demokratiya" havası ilə havalanan bəzi soydaşlarımızı iyrənc,məkrli oyunlarına alət edə bildilər..
Əzizlərim,qərb bizə heç vaxt demokratiya gətirməyəcək,buna əmin olun.Aglınızı xristian Gürcüstana və xristian ermənistana verməyin.100 ildir qərb kapitalistləri Afrikanın qanını içdi,demokratiyamı gətirdi?
100 ildir Ortadogunun neftini əmirlər,hanı demokratiya,qan gölündən başqa nəsə görürsünüz Ortadoguda?
Biz bu cografiyada dünyaya qarşı dirəniş göstəririk,bəli,yanliş anlamadınız,dünyaya.Heç bir pafos filan yoxdur.Son 30 ildə baş verənləri göz önünə gətirin yetər,hamısı aydın olacaq.
Bu gün Vətənimizin itirilmiş torpaqlarının bərpası üçün bircə addım da ata biliriksə bu özü böyük nailiyyətdir.Buna görə acışmış ermənilərin,eləcə də qərbin təbligatına uyub laglagı etmək lazım deyil və buna görə laglagı edib adını siyasətçi qoyanların aglına şübhəm var.Nə qədər anlaqsız olmalısan ki,baş verənləri təhlil edə bilməyəsən?
Nə isə,çox uzatmayım,uzananda da cinlər yaxamdan əl çəkmir.GƏL AY MÜŞTƏRİ...
Digər Xəbərlər
28 Oktyabr 2025 12:13 Rəvanın otağı – susan divarların danışdığı qəhrəmanlıq dastanı
27 Oktyabr 2025 08:44 Zəka Vilayətoğlu – Yaradıcılığın Yeni Zirvəsində
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 “Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu - FOTOLAR
21 Oktyabr 2025 16:33 

Bakı -°C 






