Fuad Poladov: “Artıq iynə-dərman da kömək etmir”
Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.
Adalet.az-ın məlumatına görə bu barədə Modern.az-a danışan aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib:
"Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından bura səsim batıb, heç nə kömək etmir”.
Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini bildirib:
"Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.
Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52