FİLMƏ ÇEVİRİLƏN YUXU - ƏNTİQƏ KƏRİMZADƏ yazır
Mədəni iris zəngin bir xalq olaraq, filmlərimizin bir çoxunu mükəmməl sənət nümunəsi saymaq olar. Çox maraqlı filmlərimiz var. Bunlardan biri də “Yuxu” filmidir. Ən maraqlısı da odur ki, bu kino bir məşhurun yuxusu əsasında çəkilib. Haqqında bəhs edəcəyimiz “Yuxu” filmi məhz belə ərsəyə gəlib:
Filmin çəkilməsinin ən başlıca səbəbkarı aktyor Şamil Süleymanovdur. Aktyor yuxusunda sevdiyi qızı qaçırdığını görür və bunu nənəsinə danışır. Nənəsinin onu yüngülcə döyməsindən sonra, Şamil Süleymanov yenə də “sakit dayanmır”. Bu hadisəni rejissora danışır və yuxu filmə çevrilir.
Çəkilişləri 1993-cü illərdə start götürən film 2001-ci ildə təhvil verilir. Buna ekran əsərinə pul ayıran şəxsin müflis olması səbəb olur.
Aktyor heyəti olduqca zəngin olan filmin baş rollarında Nəsibə Zeynalova, Səyavuş Aslan, Zərnigar Ağakişiyeva, İlham Qasımov, Yaşar Nuri, Ayan Mirqasımova, Bəhram Bağırzadə, Qorxmaz Əlili, Bəxtiyar Məmmədov və başqaları çəkiliblər.
Film bir-birini sevən iki gəncin məhəbbətindən bəhs edir. Əliabbas sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır... Və istədiyinə nail olur.
Filmin ekspromt çəkilən səhnələrindən biri isə Nəsibə Zeynalovanın nəvəsini qurtarmaq üçün polis bölməsinə gəlməsi olur.
Buzovna kəndində lentə alınan filmdə əslində, Yaşar Nuri Nəsibə Zeynalovanın qarşısını kəsməli idi. Lakin aktrisa deyir ki, Buzovnada heç kəs ağbirçək qadının qarşısını kəsə bilməz. Rejissor onunla razı olmasa da, Nəsibə Zeynalova öz bildiyini edir.
Və beləliklə uzun illərdən sonra ekrana çıxarılan film tamaşaçılar tərəfindən sevilir.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31


Bakı -°C

