adalet.az header logo
  • Bakı 29°C
  • USD 1.7
15 Iyun 2022 14:00
828
MARAQLI

Fil əvvəl qadını əzib öldürdü, sonra dəfnə gəlib tabutunu... – Mistika?

Hindistanın Raipal kəndində quyudan su çəkən 70 yaşlı qadın Maya Murmu “Vəhşi Təbiət Qoruğu”ndan qaçan filin hücumuna məruz qalıb.
 
Adalet.az Haberler.com-a istinadən xəbər verir ki, filin hücumu nəticəsində Murmu bədənindən ağır xəsarətlər alır. Dərhal xəstəxanaya çatdırılan qadını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Murmunun dəfn mərasimində baş verənlər daha maraqlı olub. Bu dəfə dəfn mərasiminə basqın edən fil qadının tabutuna hücum edib.

Filin əzərək öldürdüyü qadını dərhal dəfn etmək istəyən ailə üzvləri meyiti xəstəxanadan aldıqdan sonra mərasim keçirib. Amma bu mərasim zamanı heç kimin anlaya bilmədiyi bir hadisə baş verdi. Fil gözlənilmədən geri qayıdıb. Bu dəfə Maya Murmunun tabutuna hücum edib. Ailə üzvləri yaşlı qadını yalnız fili qovduqdan sonra basdıra biliblər. Filin niyə belə bir hərəkət sərgilədiyi hələ də məlum deyil.

Qeyd edək ki, bu hadisə Hindistanda bir anda böyük olaya çevrildi. Ölkədə olan yüzlərlə din var hər bir din xadimi hadisədə bir mistika olduğunu düşünür. Bir filin əzdiyi qadınınn  öldüyünü biləndən sonra onun yaşadığı evin həyətinə gələrək tabutunu da əzməsi ancaq mistik güclərin diktəsi ilə baş verə bilər deyə bilirlər. Qadının şeytanların əlində olduğu üçün filin “fövqəl güclər tərəfindən onun öldürüməsi” variantı isə hindlilər arasında müzakirə mövzusu olub.
Əslində isə fil Hindistan mədəniyyətində çox böyük yer tutur və bu, təkcə onun ən böyük heyvan olması ilə deyil, həm də onun xarakter xüsusiyyətləri ilə bağlıdır və fillərin gözəl yaddaşı atalar sözünə çevrilib.

Hindistan üçün fil, ilk növbədə, xeyirxahlıq müdrikliyinin simvoludur, buna görə də fillərin təsvirlərinə məbədlərdə, ev bəzəklərində, turistlər tərəfindən sevilən bir bəzək elementi kimi də rast gəlmək olar . Fil motivi hindlilərin sevimli ornamentlərindən biridir, bunu  parçalarda və tikmələrdə görə bilərsiniz.

Fil həm də gücün- krallığın təcəssümüdür, hökmdarlar tərəfindən istifadə olunub. Bu səbəbdən fillər çox vaxt saraylarda təsvir olunur.

Xristianlar bu heyvanın paxıllıq və pisliyin öhdəsindən gəlməyə kömək edəcəyinə inanırdılar. Qədim əfsanəyə görə, yer üç fil tərəfindən dəstəklənirdi. Fil amuleti ən güclüdür, həm sahibini, həm də yaxınlarını qorumağa qadirdir. 

Əntiqə Rəşid