“Bu ixtisarların nazirliklərdə də aparılması çox vacibdir”
Xəbər verdiyimiz kimi, Ağsuda 14, Tovuzda 43, Cəlilabadda 38, Qubada 36, Göyçayda 27, Lənkəranda 44, Bərdə icra hakimiyyətində isə 43 nəfər vəzifəsini itirib.
İcra Hakimiyyətlərindəki kütləvi ixtisarlarla bağlı Adalet.az-a danışan professor Qulu Məhərrəmlinin sözlərinə görə, ümumiyyətlə idarəçilik təcrübəsi göstərir ki, nə qədər çoxştatlı, çoxməmurlu, çoxstrukturlu idarəçilik olursa bir o qədər ağsamalar olur.
O, bildirib ki, ona görə də gərəkli vəzifələri saxlayıb, digər yardımçı vəzifələrin ixtisar olunmasına təbii baxmaq lazımdır:
“Bu təkcə maliyyə vəsaitinə qənaət etmək deyil, həm də idarəçiliyin sadə mexanizm üzərində qurulmasıdır. Məqsəd budursa, əlbəttə ki, bu çox məqsədəuyğun islahatdır. Mənə elə gəlir ki, bir çox mərkəzi və yerli icra orqanlarında bir çox belə vəzifələr var ki, onlarda sadəcə olaraq ştat, maaş var, amma idarəçilikdə önəmli rol oynamır. Ona görə də bu cür ixtisarların aparılması məqsədəuyğundur və bunu təkcə yerlərdə deyil, strukturlarda, nazirliklərdə, baş idarələrdə, dövlət şirkətlərində də aparılması çox vacibdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Mart 2026 12:59
Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq
17 Mart 2026 12:55
""Qrant haqqında" qanuna dəyişikliklərin edilməsi zəruridir" - Nazir müavini
17 Mart 2026 12:26
Sabah yağış, qar yağacaq
17 Mart 2026 12:16


Bakı -°C

