“Qaz cihazı olan otaqda təhlükəsizlik məsələsi ön planda olmalıdır...” - Ekspert
Son zamanlar dəm qazından boğulan insanların sayı artmaqdadır. Təhlükəsizlik qaydalarını bilməmək və buna riayət edilməməsi sonda faciəyə gətirib çıxarır.
Mövzuyla bağlı Adalet.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə bu cür hadisələr baş verir:
“Yanma prosesi o zaman düzgün getmir ki, orda standartlara uyğun olmayan qaz cihazlarından istifadə edilir, otaqda kifayət qədər baca olmur, qaz cihazlarına hər hansı bir kənar müdaxilə etdilir və faciə baş verir. Ümumiyyətlə, qaz cihazı olan otaqda təhlükəsizlik məsələsi ön planda olmalıdır. Yəni qazın yanması üçün otaqda kifayət qədər oksigen tələb olunur. Ona görə qaz cihazı quraşdırılan otağa diqqət etmək lazımdır ki, nəfəslik, havalandırma sistemi olsun, tüstü bacaları normativ standartlara uyğun və işlək vəziyyətdə olsun. Əlavə olaraq dəm qazı və qaz sızması əleyhinə dedektorlar da olmalıdır”.
E.Nurəliyev deyib ki, dəm qazı əsasən hamam otaqlarında yaranır:
“Ümumiyyətlə, təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Quraşdırılsa belə mütləq orda təhlükəsizlik məsələsi nəzərə alınmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

