DYP əhaliyə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
İdarədən Adalet.az-a verilən xəbərə görə, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
"Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər" - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
17 Mart 2026 13:15
Süni intellektlə seksual məzmunlu material hazırlayanlar 7 ilədək həbs ediləcək
17 Mart 2026 13:14
Bu foto və videoların internetdə paylaşılması qadağan edilir
17 Mart 2026 12:59
Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq
17 Mart 2026 12:55


Bakı -°C

