Əyanidən qiyabiyə necə keçmək olar?

Təhsil Nazirliyi tələbələrin təhsili əyanidən qiyabiyə necə keçirməsi ilə bağlı açıqlama verib.
Nazirliyin rəsmi saytında bununla bağlı qeyd edilib ki, Tələbələrin eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi (əyanidən qiyabiyə və ya əksinə) ali təhsil müəssisəsinin səlahiyyətinə aiddir və bu, ali təhsil müəssisəsinin əmri ilə həyata keçirilir.
Əgər tələbə əsaslı səbəblərdən təhsilini əyani şöbədə davam etdirə bilmirsə və oxuduğu ixtisas üzrə qiyabi təhsilalma forması yoxdursa, o, uyğun ixtisasa köçürülə bilər.
Bu zaman o, köçürülmə səbəblərini təsdiq edən sənəd, akademik arayış (transkript) və ərizə ilə köçürülmək istədiyi ali təhsil müəssisəsinin tabeliyində olduğu mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir”.
Digər Xəbərlər

Sabah 40 dərəcə isti olacaq

Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

DİN bu sürücülərə müraciət etdi - VİDEO

Milli parklara səfər edən turistlərin sayı artıb

Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Açıqlama

Bakıda 39, rayonlarda 30 dərəcə isti var - FAKTİKİ HAVA

Xocavənddə bu il 1 552 ev təmir olunacaq
