26 Avqust 2025 09:47
105
İDMAN

"Everton” gənc futbolçunu transfer etdi

İngiltərənin "Everton” futbol klubu Tayler Diblinqin transferini açıqlayıb.

Adalet.az xəbər verir ki, 19 yaşlı cinah oyunçusu “Sauthempton”dan heyətə cəlb olunub.

İngiltərənin perspektivli futbolçularından sayılan Diblinqlə 4 illik müqavilə imzalanıb. Müqavilənin əsas dəyəri 35 milyon funt sterlinq təşkil edir, əlavə olaraq 5 milyon bonus ödənişləri nəzərdə tutulub.