"Hürriyyet": Türkiyə Zəngəzur dəhlizini Azərbaycan və digər Türk dövlətləri ilə birbaşa quru əlaqəsi kimi görür
Türkiyənin nüfuzlu "Hürriyyet" qəzeti Zəngəzur dəhlizinin keçəcəyi ərazidən reportaj yayımlayıb.
Adalet.az xəbər verir ki, jurnalist Musa Keslerin müəllifi olduğu reportajda dünyanın gündəmindəki "Zəngəzur dəhlizi" layihəsinin keçəcəyi ərazinin Naxçıvan-Ermənistan-İran sərhədində yerləşəcəyi vurğulanıb.
Müəllif qeyd edib ki, Ermənistanın sərhədləri daxilində olan və dəhlizlə eyni addakı Zəngəzur dağları Ordubaddan 15-20 kilometr aralıda yerləşir:
"Ordubaddan baxarkən, dağların bəzi zirvələri asanlıqla görünür. Şimaldan cənuba düzülən bu dağlar Ermənistanla Naxçıvan arasında təbii sədd rolunu oynayır. Keçmək demək olar ki, mümkün deyil. Yalnız Mehri adlı dar, kiçik düzənlik keçid verir. Sovet dövründə bu ərazidən dəmir yolu çəkilib. Həm dəmir yolu, həm də onun tunelləri hələ də qalmaqdadır. İstənilən halda dəhliz açılsa, ya dəmir yolu təmir edilərək yenilənəcək, ya da həmin marşrut üzrə ona paralel yeni xətt çəkiləcək".
Müəllif reportajında bildirib ki, Türkiyə bu dəhlizi Azərbaycan və bölgədəki digər Türk dövlətləri ilə birbaşa quru əlaqəsi kimi görür: "Bu səbəbdən strateji əhəmiyyətə malikdir. İran əvvəldən layihəyə qarşı idi. Ermənistan isə Trampın müdaxiləsi ilə müxalif mövqeyindən əl çəkdi və nəticədə İlham Əliyev ilə Nikol Paşinyan 8 Avqustda Ağ Evdə Trampın təşkilatçılığı ilə bu dəhlizə dair ilkin razılaşmanı etdilər. Layihəyə də "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adını verdilər.
Yazıda həmçinin Ordubad sakinlərinin Zəngəzur dəhlizinin açılmasına münasibəti də öz əksini tapıb.
"Ordubad qədim zamanlarda görkəmli yer olub. Əsrlik çinarların kölgəsində qalan çay bağına girdim. Yaşlı bəylərə “İstanbuldan qonaq gəlmişəm” deyərək salam verdim. “Xoş gəldin, oğlum” dedilər və məni qarşıladılar. Mən də yanlarında oturdum. Onlar açıq-aydın xəbərləri dəhlizdən maraqla izləyirdilər. Onlar həm maraqlı, həm də ehtiyatlı idilər. "Görək necə olacaq" dedilər. Onlar layihənin şəhərlərinə xeyir verəcəyinə ümid edirdilər, lakin təfərrüatları bilmirdilər" - deyə, Musa Kesler reportajına əlavə edib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

