“Qarabağ” - “Ferensvaroş” oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) oyununun biletləri bu gün, saat 14:30-dan etibarən satışa çıxarılacaq.
Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Digər Xəbərlər

Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb

“Zirə” futbolçusunu Vyetnam klubuna icarəyə verdi

Azərbaycanın basketbol millisi ilk oyunda məğlub oldu

“Qarabağ” Bakıya qələbə ilə qayıtdı - VİDEO

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"a qalib gəldi

"Qarabağ" - "Neftçi" oyunu Zəfər Günü ərəfəsində keçiriləcək

Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarılıb
