İrandan Azərbaycana narkotik keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Bakıda əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb - VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olundu - VİDEO

Biləcəridə 3 nəfər, Nəsimidə isə keçmiş məhkum saxlanıldı

Səbail rayonunda narkokuryer saxlanıldı: 10 kq marixuana aşkarlandı

Ağır cinayətlərdə ittiham olunan Mayank Sinqhi Hindistana təhvil verildi

"TikTok"da dələduzluq edən qadın saxlanıldı
