“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.
Digər Xəbərlər
21 May 2026 11:37
ETX əməkdaşı MİSP-də boşluq aşkarladı
21 May 2026 10:38
Nazir müavinindən vətəndaşların ev təminatı ilə bağlı AÇIQLAMA
21 May 2026 10:22
"Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" - Emin Hüseynov
21 May 2026 10:13
Azərbaycan ilə Esvatini Krallığı arasında Anlaşma Memorandumu imzalanıb
21 May 2026 10:09
Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO
21 May 2026 09:35
WUF13-ün beşinci gününə start verilir
21 May 2026 09:33
“Əgər Azərbaycan vətəndaşı Gürcüstan ərazisinə daxil olub Tiflisdə 1 gün qalacaqsa...”
21 May 2026 09:20


Bakı -°C

