Əsəblərimiz niyə korlanır?!
Hər zamanın özünxas üstünlükləri kimi problemləri də qaçılmazdır. Dövrümüzün, bəzən gərgin iş və yaşam tərzinin mürəkkəbliyi səbəbindən bir çox problemlərinə şahidik. Son on illikdə həm dünya ölkələrində həm də Azərbaycanda insanların dah çox əziyyət çəkdiyi bəzi xəstəliklər mövcuddur. Onlar biri də məhz nevrozlar və əsəb pozuntularıdır. Nevroz çoxlarının bildiyi kimi gecə yata bilməmək, evdə və işdə hər kəsə qəzəblənmək, qışqırmaqdan ibarət deyil. Bu diqanoz olduqca mürəkkəb və çoxçeşidlidir. Və bəzən xəstə nevrozun necə olduğunu bilmədiyi üçün çarəni doğru ünvanda axtarmır.
Bu gün çalışacağam ki, elmi terminlərdən uzaq və şablon ifadələrdən kənar şəkildə asan dillə nevroz haqqında sizə məlumat verim. Bir çox elm adamları, alimlər nevrozu iri meqopolis, yəni paytaxt, şəhərlərdə yaşayanların xəstəliyi olaraq görür. Amma elmi təcrübələrdə və real praktikada hətta ucqar yerlərdə , kəndlərdə yaşayanlar nevroz ola bilər. Əsas səbəb burda odur ki, nevroz ətrafda baş verən, yaşanan hadisə və ya həmin insanın yanında olan digər insanla daxili gərginlikdən, uyğunsuzluqdan yaranır.
Bir insanın istənilən stres halına kəskin emosional şəkildə reaksiya verməsi birbaşa nevrozdur. Əgər bu reaksiyalar tez-tez baş verərsə o zaman sinir sistemində ciddi pozuntular meydana çıxır. Hər hansısa stress mənbəyinin ölçüsü yoxdur: kimsə ən xırda bir şeyə əsəbləşə bilər, digər adam isə hətta müharibə zamanı belə öz emosional sabitliyini qoruya bilir. Buna əsas səbəb olan amillər aylarla, illərlə toplanır, üst-üstə gəlir, sinir sistemini daha çox, daha dərindən tükədir. Bəzən 20 il əvvəl yaşanan və 5 ay çəkən stress vəziyyəti illər sonra nevroz şəklində özünü büruzə verir. Bu xəstəliyə düçar olan insanın əsas yanlışı, onun həyatında baş verən neqativ vəziyyətin ağırlıq dərəcəsini zamanında doğru qiymətləndirə bilməməsidir.
Nəticədə xəstə onun gələcək təhlükəsini görmür, bu da keçər deyə düşünüb, biganə yanaşır. Daha sonra bu üstü basdırılmış hisslər ailədə, işdə kiçik bir qığılcımdan alovlanır və insan özünü idarə etmədə problem yaşayır. Nevrozun müalicəsi bir günün, bir ayın işi deyil. O illərlə kök saldığı üçün, müalicə də uzun çəkir. Amma ən qısa yol o kökü, səbəbi tapmaqdır. Bunu isə güclü psixoterapevt bacara bilər. Ona görə nevrozun dərman müalicəsi ilə yanaşı psixoterapevtik və psxioloji şəkildə müalicələri zərgər dəqiqliyi ilə aparılmalıdır. Sağlığını qorumaq hər kəsin insanlıq görəvi olduğu üçün bu görəvdə hər kəsə uğurlar olsun.
Sağlıq demişək sağlıqla qalın!
Hazırladı: Bünyamin Bünyadzadə
Digər Xəbərlər
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15


Bakı -°C

