24 Oktyabr 2025 11:17
63
SAĞLAMLIQ

"Bu xəstəlik ağciyərə mənfi təsir göstərir" 

Son zamanlar həm uşaqlar, həm də böyüklər arasında qrip xəstəliyi yayılmaqdadır. 

Bəs xəstəliyin qarşısını almaq üçün hansı önləyici tədbirlər görülməlidir? 

Adalet.az-ın sualını Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov cavablandırıb: 

"Axşamlar min bir dərdin dərmanı olan sarımsaq yemək lazımdır. Bunun ardınca boğazı soda ilə qarqara etmək olar. Bir də antiqripin kimi dərmanlar içməliyik. Əsasən öskürək gətirən bu xəstəlik ağciyərə mənfi təsir edir". 

Vasif ƏLİHÜSEYN