Ermənilərin sayı 3 milyon 633 min nəfərdir?: Bəs, ölkədən qaçanların sayı?
Deyilənə görə, 1992-ci ilin əvvəlində guya Ermənistan əhalisinin sayı 3 milyon 633 min nəfər olub.
Yəqin ki, xatırlayırsınız, həmin illərdə Azərbaycanla Ermənistan arasında güclü müharibə, ölüm-dirim savaşı gedirdi. Bundan bir neçə il əvvəl isə Ermənistanda çox güclü bir zəlzələ baş verir və 38.000 erməni ölür. Yəni , o böyük itkidən sonra Ermənistanda 1992-ci ildə müharibənin qızğın çağında belə rəqəmə sahib olması ziddiyyətlidir.
2020-ci ilin dördüncü rübündə, yəni 44 günlük müharibədən sonra isə əhalinin sayı 2 milyon 967 min nəfər təşkil etdiyi rəsmən deyildi.
Amma bu ilin İyunun 1-nə olan məlumata görə, Qarabağdan Ermənistana köçən 17743 nəfər erməni Ermənistanı hava və quru yolla tərk edib, Onlardan yalnız 7435 nəfər isə geri qayıdıb.Təxminən gedənlərdən 10308 nəfər geri qayıtmayıb.
Adalet.az Ermənistan Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü il oktyabrın 1-nə Ermənistanın daimi əhalisi 3 milyon 67 min nəfər təşkil edib.
Paytaxt əhalinin ən sıx məskunlaşdığı yerdir. İrəvanın 1 milyon 136 min nəfər əhalisi var. Ümumilikdə, Ermənistan əhalisi daha çox şəhər yerlərində cəmləşib - 1 milyon 976 nəfər.
Maraqlıdır ki,həmin komitə bir neçə il əvvəl SOS təbili çalırdı ki, faktiki olaraq müstəqillik qazandıqdan bəri Ermənistan əhalisi hər il azalır:” Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq doğulubsa, 2020-ci ildə yalnız 36 448 doğum qeydə alınıb. Ermənistanda bir çox ailənin ikinci övladı yoxdur”.
Amma Ermənistanın baş naziri bunuaprel ayında təkzib etdi “2023-cü ilin ilk dörd ayı ərzində Ermənistanda 11926 uşaq doğulub. Bu, 2022-ci ilin ilk dörd ayından 1401 uşaq, 2021-ci ilin ilk dörd ayından 532 uşaq, 2020-ci ilin ilk dörd ayından 1469 uşaq, 2019-cu ilin ilk dörd ayından 1415 uşaq, 2018-ci ilin ilk dörd ayından 1180 uşaq çoxdur”.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40


Bakı -°C

