adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Aprel 2019 14:13
35069
LAYİHƏ

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

(əvvəli ötənsaylarımızda)

Mirzə CabbarBaxçabanın dediklərindən:

-"1918-ciildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindənçox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılarev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailəüzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandanqaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanıviran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-diri dərisinisoyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. Iran azərbaycanlıları Naxçıvanaköməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur,qabaqlarını alırdı".

Andronik OzanyanNaxçıvandan Zəngəzura aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsiilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həminsilahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşıvuruşan el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.

Andronik Zəngəzuraaşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərinyaşlı adamları danışırdılar- Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar,Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü,Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli,Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırır.

Andronikinquldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmışbuğaların üstünə neft töküb od vurub içəri buraxıblar. Buğalar adamlarıdırnaqları altına alıb şilküt edib. Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş doldurub od vurublar, məscidinküncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı senarisikimi insanları ən çox Allah evlərində-vəscidlərdə məhv ediblər. Andronikinquldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarındaqazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəlləsümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları,qayaların araları insan sümüyü ilə dolu idi.

Şükar kəndindənAbbas kişinin 1967-ci ildə mənə dediklərindən:- "Andronikin quldur dəstəsikəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhərqonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yoluyoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinədüşür. Elə də edir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz dənişanlısını aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə şərtqoyurlar:

- Get nişanlınGövhəri gətirver bizə, səni buraxaq. Eldəniz onlara ağır sözlər deyir. Dığalaronu aparıb "Toxluqayanın" dibində doğrayırlar. Atam Şamil ermənilərə əsirdüşür. Onu Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Arsen adlıerməni atama zülm eləyib. Ətlə dırnağın arasəna iynə yeridib, barmağını qapının arasında qoyubsıxır, sol ayağını nallayır, qaçaqların yerini ondan öyrənmək istəyirlər. Atamonlara sirr vermir. Axırda atamın sağ baldırının dərisini soyur, yerinə duz səpirhəməyir keçilərə yalatdırırlar. Sonra aparıb "Göyuçqun" qayasındanatırlar.

Təxminihesablamalara görə quldurlar kəndimizdən 2 min baş qoyun, 975 baş qaramal,saysız-hesabsız dana-buzov aparıblar. Vəhşi ermənilər zəncirli itləri, hörüklüatları öldürməyiblər ki, türklərə məxsus olan heyvanlar işgəncə ilə ölsünlər:377 nəfəri qayadan töküb qırırlar. Andronikin quldur dəstəsi 1918-ci ildə Ağdükəndinin 1122 nəfər əhalisindən 824 nəfərini vəhşicəsinə məhv etmişdilər.Ümumiyyətlə Zəngəzur qəzasında erməni hərbi birləşmələri 1918-ci ildə azərbaycanlılar yaşayan 115 kəndi məhv etmiş,7729 nəfər azərbaycanlıları, o cümlədən 3257 kişi, 2276 qadın, 2196 uşağı vəhşicəsinəöldürmüşdülər.

Andronik Zəngəzurunqərbini talan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə hücum edir.(Tat kəndi Laçın rayonunun ərazisindədir.) Andronikin vəhşiləşmiş dəstəsi kəndimühasirəyə alır. Quldurbaşı üzünü özü kimi qaniçən, qəddar, başkəsən dığalartutar".

-Qaytaqanlar(qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyətorpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda,Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin qisasınızı türklərdənala bilmədim, lakin bu Zəngəzurda yaşayan türklərə aman yoxdur. Gərək daş-daşınüstündə qalmasın. Bir erməri ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir.Bu kənddən bir nəfər sağ çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməniquldurları tərəfindən ağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndindətörətdikləri dəhşətli faciəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başınıkəsib, qanını xüsusi qablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzübiçirmişlər. Sonra kəndin adamlarını əsasən qadınları, uşaqları samanlığadoldurub diri-diri yandırıblar. Tat kəndində hamilə qadının qarnını yırtaraqkörpəni yanan təndirə atıblar.

Körpə uşaqlarıbuqadları qələm vurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzzalırmışlar. Andronik Ozanyan qəlbi yerdə oturub meydanda lüt kürəklərinəqaynarsamovar bağlamış adamların hərəkətlərindən ləzzət alırmış.

Daşnak TayqulaqZəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinədüşür. Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədənMinkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Xülasə,yerli daşnak törtöküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında,yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələrağzı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqlarımaneyə Kürdüstanın bəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalarAndroniki tamam arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başıqarışıb təsərrüfata. Bəli, Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına,gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulanplanı yerinə yetirmək idi.

Qışda ovçulardağlara çıxırdılar. Onlar ayı, maral, ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçuSoltan ovçuluqdan tanındıqları üçün onlara ovçular deyirdilər. OvçularQaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər.

(ardı növbətisayımızda)

Əvəz Mahmud Lələdağ