21 Aprel 2022 14:22
836
GÜNDƏM

Ermənilərin dağıtdığı, Qərbin qərəzlə yanaşdığı tarixi abidələrimiz bərpa olunur: Ağdam Cümə məscidi və Qiyaslı məscidi..

Yəqin ki, ötən aylarda erməni lobbisinin əlində alət olan Avropa Parlamenti Azərbaycan hökumətinin Dağlıq Qarabağda erməni mədəni irsini məhv etmək, inkar etmək siyasətini qəti şəkildə tənqid edən qətnamə qəbul etmişdi. 635 nəfərin lehinə, 2 nəfər əleyhinə səs verdiyi, 42 nəfərin isə bitərəf qaldığı qətnamə İkinci Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçmiş “1456 erməni abidəsi”nə aid edilib.

Bu qətnamə Azərbaycan hökümətinin Qafqaz albanlarına xas olduğunu iddia edilən kilsələrdən erməni yazılarını silmək planlarını elan etməsindən sonra qəbul edilib. Qətnamədə həmçinin regionda “tarixin saxtalaşdırılması” və “qondarma Qafqaz Albanı” kimi təqdim edilməsi cəhdləri də vurğulandı

Amma “Əlahəzrət Fakt”ı heç əlahəzrət Allahın bacısı oğlu da dəyişə bilməz. Azərbaycanı hər zaman günahkar çıxartmağa maraqlı olan Avropa İttifaqı öz araşdırıcı komissiyası ilə Qarbağa gəlsə, bütün tikililəri didik-didik etsə, xəcalətindən elə ölüb, araşdırdığı abidələrin yanında yerə yapışacaq.

Belə bir saxtakarlığın cavabı olaraq Azərbaycan ilk növbədə 30 il ərzində ermənilər tərəfindən ya qismən dağıdılmış, yaxud öz “tarixlərinə” uygun dəyişdirilmiş, yaxudda yandırılmış bütün tarixi-dini memarlıq abidələrin tikintisini və bərpasını nəzərdə tutan araşdırmalara başladı. Qarabağda bu tipli tikililərin moritorinqindən sonra aydın oldu ki, məhv edilmiş 2600-dən çox tarix mədəniyyət abidəsinin 67-si məsciddir .


Yaxın zamanlarda artıq bərpa işlərinin sürətlənəcəyi gözlənilir

Adalet.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib ki, Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq:"Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix mədəni abidələrdir. Onlardan bəziləri bərpa edilib.

Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa edilib. Həmçinin Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur".


XÜSUSİ QEYD: Tanımayanlara bərpa olunacaq məscidlər haqqında məlumat verək ki, Ağdam bütün dövrlərdə Qarabağ zonasında mühüm ticarət mərkəzi olub. Bu səbəbdən bu ərazilərdə tarixi, memarlıq abidələri kifayət qədər olub. Şəhərdəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikiləndə də Ağdamticari inkişafı güclü olub. Qadınların da, kişilərində namaz qılması və ibadət etməsi üçün nəzərdə tutulan məscidin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edib Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılıb.

Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmiş olub. Yeri gəlmişkən Ağdamın ağsaqqalı seyid Lazım Ağa Ağdam işğal olana qədər bu məsciddə ziyarətçilərini qəbul edib.

 

Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir. Ermənilər burada mal-qara və donuzlar saxlayıb.

Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.

Qeyd edək ki, Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Beləliklə, Ağdam rayonunda tarixi-dini memarlıq abidələrinin bərpası və yenidən qurulması davam edir.

Əntiqə Rəşid