adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Sentyabr 2018 10:45
107709
LAYİHƏ

Ərim mənə toxuna da bilmirdi – Azərbaycanlı qadının hekayəsi


Xəbər verdiyimiz kimi, "Ədalət” qəzeti"Azərbaycanlı qadının hekayəsi” adlı yeni layihəyə start verib. Bu layihədəqadınlar öz dərdlərini, yaşadıqları çətinlikləri yazıb bizə göndərəcək. Hazırdaçoxsaylı məktublar almışıq.

Adalet.az "Azərbaycanlı qadının hekayəsi”layihəsindən növbəti yazını təqdim edir. Xanımın xahişi adını, soyadını yazmır,anonim imza kimi qadının yazdıqlarını diqqətinizə çatdırırıq.

Sizə bunuyazmaq mənə çətindi. Amma ürəyimi kiməsə boşaltmalıydım. Bilmirəm, necə olacaq.Yazmaq da çətindi. Bacarmıram yazmağı.

20 ildirevli olduğum bir adam var idi. İndi yoxdu. Rəhmətə gedib. Biz sevgiylə ailəqurmamışıq. Bizi zorla evləndiriblər. Mənim onda 13 yaşım var idi.

Çətin günləridi. Heç cür alışa bilmirdim. Təhsil almaq fikrim var idi. Alınmamışdı. İstədiyimadama getmək istəyirdim. O da alınmadı. Qaldım heç tanımadığım bir adamın əlində.

Amma onudeyim ki, yaxşı adam idi. Məni çox sevirdi. Biz birlikdə olanda heç cür onunlayaxın münasibət qura bilməmişəm. Diksinmişəm nəsə. Uzaq durmuşam ondan. Hər dəfəməni qucaqlamaq istəyəndə itələmişəm. Qəribə gələ bilər ki, bəs necəyaşamısınız bir yerdə. Çətin idi, hə, çox çətin. Amma yaşamalıydıq. Boşana dabilmirdim. Qorxurdum açığı. O da sevdiyi üçün boşana bilmirdi.

Hamı biziideal ailə hesab edirdi. Bircə uşağımızın olmamağını soruşurdular. Niyə yoxdur?Niyə olmur? Bezdirmişdilər. Daha deyə bilmirdim ki, ərim mənə heç toxuna bilməyib.Hərdən ona da deyirdim. Deyirdim, niyə çıxıb getmirsən, səni yaxınıma daqoymuram. Nə tapmısan məndə? Başlayırdı başını bulamağa. Bilmirəm deyirdi. Əl çəkəbilmirəm səndən. Məni rayonda lap balacalıqdan tanıyırdı. Sonra da sevmişdi. İmkanlıailə idilər. Elçi düşdülər. Atam da verdi. Amma belə olacağını bilmirdi. İlkgecə yorğunam dedim. Sonralar da bəhanələr gətirdim. Bəhanələr qurtaranda isəondan xoşum gəlmədiyini dedim. Çox pis oldu. Hər gün içirdi. Dalaşırdıq. Düzdü,adamın üstündə Allah var, heç vaxt mənə əl qaldırmayıb. Eləcə qışqırırdı, niyəona zülm verirəm deyirdi.

Bir gün beləolmayacağını anladım. Dedim ki, başqa bir qadın tap, onunla yaşa. Mən heç nədeməyəcəm. Əvvəl-əvvəl razılaşmadı. Dedi, elə bir şey ömründə ola bilməz.Rusiyaya işləməyə gedirdi arada. Sən demə, orda bir rus qadını ilə münasibətivarmış. Sonradan öyrəndim. Heç nə demədim amma. Əksinə razılaşdım. Nə deyə bilərdimki ona? Sevmirdim. Yaxınıma qoymurdum. O belə necə yaşaya bilərdi?

Uşaqgötürdük sonra. Balaca bir qız. Elə şirin qızdı ki. Başımı onunla qatdım. Qaçmaqistəyirdim. Türkiyəyə. Qızımı da götürüb qaçacaqdım. Danışdığım biri də vardı. Onunlacəmi bir dəfə görüşmüşdüm. O da qorxa-qorxa. Mən qabaqda gedirdim, o arxada. Kafedədə lap künc yerdə oturmuşduq. Qorxurdum ki, ərim görər. Belə məni sıxmırdı. Ammaçox qısqanc idi. Bilsəydi, belə bir şey var, ikimizi də öldürərdi. Yaxşı ki, xəbəriolmadı. Türkiyəyə qaçmaq istədiyimi dedim danışdığım oğlana. Mənnən yaşcabalacaydı, qorxdu açığı. Sonra da yavaş-yavaş əlaqəni kəsdi...

Nə bilime... Həyatım romandı. Danışacaq çox şey var. O, çox yaxşı adamıydı. Rusiyadaölüm xəbəri gələndə dəliyə dönmüşdüm. İndi o da yoxdu, amma mən çox pisəm. Xoşbəxtdeyiləm. Başqa bir həyat qurmağa da gücüm yoxdu.