Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.
Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.
Digər Xəbərlər
07 Noyabr 2026 20:37
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” - VİDEO
07 Noyabr 2026 19:58
XİN: Zəfər Günü çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir
07 Noyabr 2026 19:50
Şahbaz Şərif İlham Əliyevi təbrik etdi
07 Noyabr 2026 14:43


Bakı -°C

