Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK EDİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident, əziz Qardaşım.
Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.
Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.
Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.
Vətənlərinin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirələrini hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavan və dinc gələcək arzulayır, ən səmimi diləklərimi çatdırıram".
Digər Xəbərlər
07 Noyabr 2026 14:43
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı
07 Noyabr 2026 14:03
Prezident onlara ali hərbi rütbələr verdi
07 Noyabr 2026 12:21
“Çin Krallığın ən vacib iqtisadi tərəfdaşlarından biri olaraq qalır...”
07 Noyabr 2026 12:01
Prezident Xankəndi Stadionunun açılışında - FOTOLAR
07 Noyabr 2026 09:22
Azərbaycan, ABŞ və Ermənistan TRIPP üzrə üçtərəfli işçi qrup yaradıb
06 Noyabr 2026 18:14
"Yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb" - Prezident
06 Noyabr 2026 18:05
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident
06 Noyabr 2026 17:20


Bakı -°C

