adalet.az header logo
  • Bakı -°C
07 Noyabr 2026 14:03
151
SİYASƏT
A- A+

Prezident onlara ali hərbi rütbələr verdi

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant" hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

"general-mayor" hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova".