Şahbaz Şərif İlham Əliyevi təbrik etdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu tarixi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və sarsılmaz iradənin parlaq təcəssümüdür. Bu gün Azərbaycan qüdrətli və özünə inamlı dövlət kimi tarixi Zəfərinin bəhrələrini bərpa və yenidənqurma, inkişaf və xalqının davamlı rifahı üçün səfərbər edir. Zati-alinizin uzaqgörən və müdrik rəhbərliyi bu möhtəşəm nəticəyə nail olmaqda mühüm rol oynamışdır.
Pakistan qarşılıqlı inam, ortaq dəyərlər və dərin köklərə malik qardaşlıq əlaqələri üzərində qurulmuş ikitərəfli münasibətlərimizin yüksək səviyyəsi ilə qürur duyur. Azərbaycanla aramızdakı xüsusi münasibətləri yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək öhdəliyimizə sadiq qalırıq.
Məhz bu yanaşmadan çıxış edərək, Zati-alinizin qarşılıqlı razılaşdırılmış münasib tarixdə Pakistana çoxdan gözlənilən səfərini səbirsizliklə gözləyirik. Qəti əminəm ki, Zati-alinizin İslamabada səfəri ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, eyni zamanda strateji və iqtisadi tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi olaraq başlanmasına gözəl fürsət yaradacaqdır.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Digər Xəbərlər
07 Noyabr 2026 20:37
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” - VİDEO
07 Noyabr 2026 19:58
XİN: Zəfər Günü çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir
07 Noyabr 2026 14:43
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı
07 Noyabr 2026 14:21
Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK EDİB
07 Noyabr 2026 14:03
Prezident onlara ali hərbi rütbələr verdi
07 Noyabr 2026 12:21
“Çin Krallığın ən vacib iqtisadi tərəfdaşlarından biri olaraq qalır...”
07 Noyabr 2026 12:01
Prezident Xankəndi Stadionunun açılışında - FOTOLAR
07 Noyabr 2026 09:22


Bakı -°C

