Ərdoğan Azərbaycanda - FOTOLAR + YENİLƏNİB
Noyabrın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşıladılar.
***10:37
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Adalet.az xəbər verir ki, Türkiyə lideri 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimə qatılacaq Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçirəcəyi nəzərdə tutulur.
Görüşlərdə regional və qlobal məsələlərin müzakirəsi planlaşdırılır.
Digər Xəbərlər
08 Dekabr 2025 13:40
Abbas Əraqçi: Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik
08 Dekabr 2025 13:30
Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır - Nazir
08 Dekabr 2025 13:28
Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
08 Dekabr 2025 12:20


Bakı -°C

