adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 May 2019 15:23
18519
SİYASƏT

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

Trend-in məlumatına görə, dövlət başçısı Konyaya bu gün yola düşüb.

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada "Anadolu Ankası - 2019” hərbi təlimləri keçirilir.

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.