Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilir.
Layihəyə əsasən, qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda əmək müqaviləsinə xitam veriləcək.
Müqaviləsinə xitam verilərkən, işəgötürən əlilliyi müəyyən edilmiş işçinin fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılmasının və ya yüngül işə keçirilməsinin mümkün olmamasını əsaslandırmalıdır.
Digər Xəbərlər
03 Dekabr 2025 17:00
Polis erkən nikah və məişət zorakılığına qarşı tədbirləri davam etdirir - FOTOLAR
03 Dekabr 2025 16:45
Bu hallarda hamilələrə əlavə məzuniyyət veriləcək
03 Dekabr 2025 16:01
Yağıntılı hava nə vaxtadək davam edəcək?
03 Dekabr 2025 13:54


Bakı -°C

