Ərdoğan Ukrayna ilə bağlı danışıqları bərpa edir?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Ərdoğan Makrona İstanbulda danışıqları bərpa etmək üçün Rusiya və Ukrayna nümayəndələri ilə əlaqə saxladığını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
"Türkiyə Ukrayna ilə Rusiya arasındakı münaqişənin ədalətli və davamlı sülhlə bitməsi üçün hər cür səy göstərir. Mümkün qədər tez sülhün qapısını açmaq üçün əlimizdən gələni etməyə hazırıq.
Ukraynada davamlı sülhə nail olmaq üçün diplomatik vasitələrdən səmərəli istifadə edilməlidir. Ankara atəşkəs prosesinə və ondan sonrakı səylərə hərtərəfli dəstəyini davam etdirəcək", - Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
03 Dekabr 2025 13:57
Peskov: Putin ABŞ-ın sülh planını rədd etməyib
03 Dekabr 2025 11:58
Putin Avropaya meydan oxuyur - 5 saatlıq danışıqlar isə nəticəsiz qaldı
03 Dekabr 2025 10:32
"AZAL təyyarəsinin təhqiqatı yekunlaşmaq üzrədir" - Nazir müavini
03 Dekabr 2025 10:15


Bakı -°C

