Polis erkən nikah və məişət zorakılığına qarşı tədbirləri davam etdirir - FOTOLAR
Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları və məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Adalet.az xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və Füzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarla görüşlər keçirib, geniş izahat və məlumatlandırma işləri aparıblar.
Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericiliklə qadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyət daşıdığını bildirib. Eyni zamanda, məişət zorakılığı ilə bağlı müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cür görüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına və risklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyi sakinlərin diqqətinə çatdırılıb.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

