18 Dekabr 2017 15:09
35664
ƏDƏBİYYAT

ƏLVİDA NATAŞA! – rus qızları dünyanın gözündən düşür

Uzun illərdir şərqlilər başda olmaqla istənilən əcnəbi kişilər üçünrus qızı ən böyük arzulardan olub. Rus qızı – əcnəbilərin gözündə idealqadındır: kişinin xarici görünüşünü dərd etməyən, ona istədiyi rahatlığı, gözəlliyi,yatağı vəd edən xəyallar ötəsi könül yoldaşıdır. Azərbaycan kişisi başdaolmaqla hansı kişini dilləndirsən "Rus qızı səmimidir, gözütoxdur, ürəyitəmizdir,baxımlıdır, ərini narahat etməsin deyə yayda ayağına yun corab geyər” və s. səbəb(yaxud bəhanələrlə) niyə bu millətin qadınlarına maraq göstərməsinə açıqlıq gətirər.Doğrudan da belədirmi? Rus qadının məmnunluğu, fədakarlığı, süni itəatkarlığıaltında nə gizlənir? Bu barədə daha ətraflı bəhs edək. Amma hər şeydən öncəqeyd edim ki, rus qadını artıq dünya üzrə dəbdən düşməyə başlayıb. Başqa sözlə,meymun gözünü açıb. "Meymun” sözünə o qədər də qıcıq olmayın, sözgəlişi bir məsəldir,həm də axı özünüz əsrlərdir "Kişi meymundan bir az qəşəng oldu, bəs edər”deyimi ilə baş əti yeməklə məşğulsunuz. İndiyədək inandığınız nağılın sonu gəldi,almalar sizdən.

Rus qadın və evlilik

Rus qadın üçün evlilik bir hədəfdir. Cəsarətlə qadınlara deyirəm: hünərinizvar Rusiyada, hətta ən ziyalı təbəqə arasında deyin ki, 35 yaşım var, amma hələərə getməmişəm, uşağım yoxdur. Karyeranın hansı zirvəsində olursanız-olun, sizonlar üçün bir qadın kimi heçsiniz. Çünki rus təfəkkürünə görə, yaxşı qadınmütləq vaxtında ərə getməli və uşaq sahibi olmalıdır. Ərə getmək onlarda bir sənətnövüdür. Vacib deyil bu evlilik uzunmüddətli və ya uğurlu olacaq, əsas odur ərdəolasınız. Bu, onlar üçün ən böyük qadınsal qəhrəmanlıqdır. Deyəcəksiniz ki,bizdə də belədir, tələsməyin. Azərbaycan qızı da ər dərdindədir, amma birömürlük. Lakin rus qızı yetkin yaşa çatar-çatmaz ər dərdinə düşür, kimolur-olsun. Xoşu gəlməyəcəksə və ya daha yaxşısını tapacaqsa, onsuz da ayrılacaq.Rus üçün ər ömür yoldaşı deyil, hədəfdir. Ona arzuladığı evliliyi verəcək hədəf.Feminist avropalı və ya təsirəməruz şərqli qız ərin yaxşısını gözləyə-gözləyəneçə qatarı yola salır. Ancaq rus qızı qatarın arxasınca baxmağı deyil, onun sərnişini,daha yaxşısı qatarın maşinisti olmağı istəyər. Rusa ər yox, nikah lazımdır. Ərəgedənə qədər hər fədakarlığa hazırdır, kişidən kibrit çöpü belə istəməz. Yənigörüşünə gedərkən yol kənarından dərdiyiniz çobanyastığı çiçəklərinə beləgülümsər. Ta ki, kişini rəsmən ələ keçirənə qədər. Ondan sonra gəlsin xəzpaltolar, qızıl-brilyantlar... Yəni sevgili kimi bəlkə də qaneedicidir, kişininpulu cibində qalacaq. Amma bu münasibətin ömrü qısa olacaq, çünki onun hədəfi nikahdır.

Evlilik baş tutdumu? İndi "Aldanmış kəvakib”in sonrakı həyatınabaxın. Rus qadının qazandığı pul onun yalnız özünə aiddir, kişi ordan bir qəpikdə götürə bilməz. Amma kişinin qazandığı pul ümumidir. Bütün maddi yük kişininçiynindədir, üstəlik bu yük əməlli-başlı çiyin çökürdəndir. Rus qadın ailəniözü idarə edər, amma görünüş olaraq ər-arvad şəkli deyil, ata-qız tablosuyaradar. Kişi valideyn, qadın isə köməksiz, zəif uşaqdır. Onun atanın puluna,gücünə, məsuliyyətinə, qayğısına ehtiyacı var. Bu bəlkə də rus kişisini qane edər,amma avropalı belə oyunlara gəlmək istəmir. Bunu isə təəssüf ki, tilova düşəndənsonra anlayır.

Rus qadını qəddardır

Rus qadın yaratdığı fədakar obraza özü də inanır. Xüsusən də yuxarıdaqeyd olunduğu kimi kişini hər halı ilə qəbul edər, onun qulluğunda durar, ona istədiyişəraiti yaradar. O, əyyaş, tiran, qısqanc və s. kişi tiplərinə ona görə dözürki, kənardan "Yazıq qadın daha bundan artıq neyləsin ki?” – deyə fikirlərformalaşsın. Guya bu evliliyin mələyi o, şeytanı isə kişidir. Və sabah dahamünasib kişi taparaq buynuzqoyma mərasiminə başlayanda heç kəs onu qınamasın.Yeni kişi tapılanda isə elə əvvəlkinin evində yerləşdirəcək. Ərin buna qədər özəli ilə qurub-yaratdığı nə varsa avtomatik təzə kişiyə keçəcək, üstəlik "köhnəay”a mənəvi əzablar da bir tərəfdən. Amma bu millətin qadınları illərdir eynisiyasi xətt yürüdəndə ağıllarına da gəlmirdi ki, əvvəl-axır hiylələri açılacaq.Üstəlik avropalı kişi rus deyil, hər şeyi sinəyə çəksin. Onun əlində aliqanunlar var, haqqı olanı geri ala bilir. İndi hamı qafqazlı və ya anadolukişisi kimi yem olmaz ki... Odur ki, hal-hazırda alman, ingilis, fransız kişilərinərus həyat yoldaşı deyəndə başlarını tutub qaçırlar.

Rus qadını – "qəhrəman ana”dır

Rus ananın əlində ən böyük silah övladdır. Bu, bizim də gəlinlərə xasolan cəhətdir. Bir şey olan kimi, "uşaqları da götürüb gedərəm atamınxarabasına!” – deyə ultimatum verirlər. Amma rus xəbərdarlıq etmir, heç yana dagetmir. Sadəcə kişini qovur, təzə ata tapır. Heç bir qanun da əri həmin qapıdaniçəri sala bilmir. Axı o anadır. Teleaparıcı Malaxovun verilişlərindən birində3 azyaşlı uşağını aşnasına döydürən, ac saxlayan qadının uşaqlarını axırda eləözünə də verdilər. Dedilər ki, uşağa anadan yaxşı baxan olmaz. Ər də inləyə-inləyəkənardan baxası oldu.

Rus ana uşağını öz atasına belə qıymır. Artıq dünyanın hər yerindəuşağın yedirilməsindən, altını dəyişməsindən tutmuş gənc atalar da kömək edirlər.Amma rus "kişi nə bilir uşağa baxmaq nədir” bəhanəsi ilə atanı övladına yaxınqoymur. Səbəb heç də fədakar analıq deyil, səbəb uşağın ataya çoxbağlanmamasıdır ki, sabah lazım olanda bu "silah”ı ataya qarşı çevirə bilsin."Atalıq məzuniyyəti” kimi yeni qanun onu dəhşətə gətirir. Məzuniyyətə ancaq anagedə bilər. Üstəlik uşaq ta ibtidai sinfi bitirənə qədər. Həm də bu müddətdəikinci uşağı doğub məzuniyyəti növbəti oniiliyə qədər uzatmaq olar. Rusanlayışında yalnız "analıq” sözü var. "Atalıq” isə olsa-olsa bu prosesdəiştirakdır. Onun əsas işi evə pul gətirmək olur.

İşin ən qəribə tərəfi də odur ki, rus qadını özündə heç bir dəyişikliketmək istəmir. Təfəkküründə, həyata baxışında, əks cinsə münasibətində olan butövrü əsrlərdir ona genlə keçir. Anası da, nənəsi də, ənkə nənəsi də belə olub.O niyə köhnə bazara təzə nırx qoymalıdır ki?! Ən əsası rus qadını özünüdünyanın ən yaxşısı, ən gözəli, ən ağıllısı hesab edir. İllərdir elə bu yanaşmaonun qollarına güc, hərəkətlərinə özgüvənlik verdiyi üçün işinə yarayıb –tovlamaq işinə. Amma artıq onun dövranı keçir, qatarın sükanını başqa millətlərələ almaqdadır. Xoş, rus qızının yeniləcəyinə inanmağım da gəlmir, nə edib-nəetməyib imperatriça olmağı yenidən bacara bilər.


Şəfiqə ŞƏFA