27 Avqust 2025 17:50
120
HADİSƏ

Ağdamda ata 2 yaşlı uşağını ölümcül döydü -FOTO

Ağdamda azyaşlı ağır xəsarət alıb.

Adalet.az Apa-ya istinadən xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***

Ağdamda atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.

Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər.

Uşaq maülicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.