İstanbulda irimiqyaslı əməliyyat - milyonlarla dollarlıq...

İstanbul polisi almaz qaçaqmalçılığı ilə bağlı araşdırma zamanı Kapalı Çarşıda təxminən 30 milyon dollar dəyərində zərgərlik məmulatları və antik əşyalar müsadirə edib.
Bu barədə Adalet.az-a "AP News"a istinadən məlumat verib.
"Əməliyyat ilkin olaraq Türkiyəyə qiymətli daşların qaçaqmalçılığında şübhəli bilinən 10 nəfərin saxlanılmasından sonra başlanıb", - məlumatda bildirilib.
İstanbul Baş Prokurorluğunun əmri ilə polis XV əsrə aid qapalı bazarda 23 ticarət nöqtəsində axtarış aparıb və daha 40 nəfəri həbs edib.
Polis 1,25 milyard türk lirəsi (30,5 milyon ABŞ dolları) dəyərində təxminən 135 ədəd zərgərlik məmulatı, 1132 qiymətli metal külçə və 267 tarixi artefakt, eləcə də odlu silahlar və rəqəmsal materiallar müsadirə edib.
Bazar dünyada turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir və burada minlərlə kiçik mağaza yerləşir.
Digər Xəbərlər

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 62 kq narkotik aşkarlanıb - VİDEO

30 il əvvəl Rusiyadan Azərbaycana gələn şəxs taksi sürücüləri öldürübmüş

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu

İrandan Azərbaycana narkotik keçirmək istədilər

Bakıda əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb - VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olundu - VİDEO
