adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 12:42
63
SİYASƏT
A- A+

Elşən Musayev: “Dövlətimizin büdcəsi Qafqazın ən böyük büdcəsidir"

Azərbaycanın dövlət büdcəsi Qafqaz regionunun ən böyük büdcəsidir, lakin mövcud öhdəliklər səbəbindən yüklü xarakter daşıyır.

Adalet.az xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Deputat qeyd edib ki, bu şəraitdə cəmiyyətin bütün təbəqələri dövlətçiliyin qorunması istiqamətində həmrəy olmalıdır.

“Düşünürəm ki, bizim hər birimiz məkrli qüvvələrə qarşı bir olmalıyıq, hökumətimizi qorumalıyıq. İradı, təklifi, ən ağır tənqidi də əlimizdə olan vasitələrdən istifadə edərək həll etməyə çalışaq”, — deyə Elşən Musayev vurğulayıb.